"Böyrəyini sat, borcunu qaytar"-bankdan müştəriyə şok məsləhət

  • 07 avq 2016, 09:18
Sonra da işsiz qaldığına görə borcu geri qaytara bilməyib. Belə olan halda isə bank əməkdaşları vətəndaşa hədə-qorxu gəlməyə başlayıblar. Zərərçəkən iddia edir ki, bank əməkdaşları hətta ondan böyrəyini satıb pulu qaytarmasını da tələb ediblər.

Müxtəlif yerlərdə fəhləlik etməklə gündəlik 5-10 manat qazancı olan Mübariz Bayramov banka olan borcuna görə az qala böyrəyindən olacaqdı. Mübariz Bayramov iddia edir ki, hazırda problem yaşadığı bankdan dəfələrlə kredit götürüb və vaxtında qaytarıb. Sonuncu dəfə isə problemləri yarandığı üçün bank əməkdaşlarına borcu qaytarmaq üçün pulunun olmadığını deyib.

Müştərinin iddiasına görə, ən sonda bank əməkdaşları ondan hətta orqanını satıb pulu qaytarmasını belə tələb ediblər.

Zərərçəkənin sözlərinə görə, o, əməliyyat üçün bank əməkdaşının ona məsləhət gördüyü klinikaya getsə də, orda əməliyyat etməyiblər. Vəziyyətinin qəlizləşdyini görən Mübariz Bayramov hüquq mühafizə orqanlarına müraciət edib. Maraqlı məqam ondan ibarətdir ki, sözügedən bank müştərini məhkəməyə verməyib.

Düzdür, bank əməkdaşlarının böyrəyi satmaqla bağlı təhdidləri bir neçə ay bundan əvvəl yaşanıb. Amma işlə bağlı araşdırmalar davam etdiyindən müştəri narahatdır ki, yenidən hədə-qorxular başlaya bilər. Hüquqşünaslar bildirirlər ki, qanunvericiliyə görə, borcu qaytara bilmədiyinə görə müştəridən adi əşyanı satmasını belə tələb etmək qanunsuzdur.

Müştəriyə hədə-qorxu gəlmək isə cinayət məsuliyyəti yaradır. Belə ki, 3000 manatdan yuxarı borcu hədə-qorxu gəlməklə tələb etməyə görə bank əməkdaşı 5 ildən 10 ilə qədər azadlıqdan məhrum edilə bilər.(xezerxeber.com)
Oxşar xəbərlər