Vidadi Zeynalovun səhhəti pisləşib?

  • 23 iyul 2016, 19:52
"Demokratik.Az-ın əldə etdiyi məlumata görə,hazırda həbsdə olan Vidadi Zeynalovun səhhətində problem yaranıb ”.
 
Məlumata görə,Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq aparat rəhbəri Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov belə deyib. O bildirib ki, V. Zeynalovla dünən görüşüb: "O, bel ağrılarından əziyyət çəkir və müayinə olunmaq istəyir”.
 
Bildirək ki,Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddəsi ilə ittiham olunan V. Zeynalov ötən ilin noyabrında saxlanılıb.

Demokratik.Az
Oxşar xəbərlər