Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:54 - 10.12.2019  
“Texnikabank” ın dolandırıcılıq qalmaqalı yeni müstəvidə
Tarix: 18-07-2016, 16:57 | Bölmə: Xəbərlər » Kriminal

"Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Zakir oğlu Yusifovun törətdiyi cinayət əməlləri nəticəsində zərərçəkmişlər Ədliyyə Nazirliyinin məhkəmə qərarları və icraçıları idarəsinin Binəqədi rayon icra şöbəsi rəisinə müraciət ünvanlayıblar.

 

Həmin müraciətin bir nüsxəsi Teleqraf.com-un redaksiyasına göndərilib.

 

“Texnikabank” ın dolandırıcılıq qalmaqalı yeni müstəvidəMüraciətdə qeyd olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2010-cu il tarixli hökmünə əsasən Zal Yusifova məxsus əmlakların cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi öz əksini tapıb: "Bu hökmdən maraqlı şəxs Zakir Yusifov Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına mülki iddiaya aid apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi cinayət kollegiyasının 12 fevral 2016-cı il tarixli qərarı ilə iddiaçının şikayəti təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilməyib. Qərar elan edildiyi andan qanuni qüvvəyə minib”.

 

Zərərçəkmişlər bildirirlər ki, Zakir Yusifov Bakı Apelyasiya Məhkəməsinin bu qərarından Ali Məhkəməyə kasasiya şikayəti verib:

 

"Zakir Yusifov bir müddətdən sonra şikayətini geri götürməklə ziyanın ödənilməsinə yönəldilmiş əmlakın auksionda satışını təşkil edib ziyan çəkmiş şəxslərə verilməsini süni sürətdə gecikdirir. Gecikdirmənin səbəbi hazırda fəaliyyət göstərən "Humay” şadlıq sarayında pul qazanmasıdır”.

 

Zərərçəkmişlər müraciətin sonunda Binəqədi rayon icra şöbəsinin rəisindən belə xahiş ediblər:

 

"Biz – zərər çəkmiş vətəndaşlar xahiş edirik ki, 8 ildən artıq müddətdə çəkdiyimiz əziyyəti nəzərə alaraq Zal Yusifovun hökmdə qeyd edilən əmlaklarını siyahıya alasınız və üzərinə həbs qoyasınız.  Eyni zamanda əmlakın auksionda satışının həyata keçirilməsini sürətləndirmək üçün aidiyyəti orqanlara müraciət edəsiniz”.

 

Qeyd edək ki, "Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun atası Zakir Yusifov yenidən Ali Məhkəməyə müraciət edib.

 

Zal Yusifov "Texnikabank”ın Bakı filialının rəhbəri vəzifəsində işləyərkən 81 nəfərin milyonlarla pulunu mənimsəyib. O, 2008-ci ildə məhkum olunsa da, zərərçəkmişlərin əmanətləri hələ də qaytarılmayıb. Buna səbəb dələduz bankirin atası Zakir Yusifovun absurd yalanlarıdır. 

 

Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il azadlıqdan məhrum edilib. Cinayət işi üzrə təqsirləndirilən 14 nəfər müxtəlif müddətlərə cəzalandırılıb. Hökmdən narazı şəxslər apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin etməyib.

 

Bundan sonra Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib və əmlaklarının geri qaytarılmasını istəyib. Ali Məhkəmənin sədri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün əmlaklarla bağlı hissəsinə yenidən baxılması barədə təqdimat verib.    

 

Həmin təqdimata Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb və təqdimatla bağlı şikayət təmin edilməyib. Ali Məhkəməyə müraciət olunsa da, hakimlər şikayətin baxılmamış saxlanması barədə qərar qəbul ediblər. Bundan sonra iş yenidən apelyasiya instansiyasına qaytarılıb.   

 

2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə də Zakir Yusifovun iddiası əsassız olduğu üçün təmin edilməyib. Zakir Yusifov yenə də Ali Məhkəməyə kasasiya şikayəti verərək işin yenidən apelyasiya instansiyasında araşdırılması üçün qərar qəbul etməyə nail olub.

 

Bu dəfə apelyasiya instansiyasında işə hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb və Zakir Yusifovun iddiası rədd edilib. Dələduz bankirin atası iddia edir ki, guya mülklər ona məxsusdur və məhkəmələr Əmlak Komitəsinə müraciət ünvanlamayıb. Ali Məhkəmənin hakimləri də həmin komitəyə sorğu göndəriblər. Sorğuya cavab olaraq bildirilib ki, müsadirə olunması üçün nəzərdə tutulan mülklər Zal Yusifova məxsusdur.

 

Beləliklə, Zal Yusifovun atasının daha bir yalanı məhkəmədə ifşa edilib. Yalanlarının ifşa olunmasına  baxmayaraq Zakir Yusifov yenə də şikayətçidir. 

 

O, Bakı Apelyasiya Məhkəməsinin 12 fevral 2016-cı il tarixli qərarından kasasiya şikayəti verib.

 

İyunun 8-də Ali Məhkəmədə hakim İlqar Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Zakir Yusifov məlum olmayan səbəbdən kasasiya şikayətini geri götürüb. Bundan sonra zərərçəkmişlər Binəqədi rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsinə müraciət ediblər və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün icra edilməsini, müsadirə olunan əmlakların satılmasını tələb ediblər.

 

Bundan xəbər tutan Zakir Yusifov yenidən Ali Məhkəməyə kasasiya şikayəti verib. Zakir Yusifovun iyunun 23-də Ali Məhkəməyə ünvanlandığı şikayəti yenidən hakim İlqar Hüseynovun icraatına verilib. Yaxın günlərdə kasasiya şikayəti üzrə məhkəmə prosesi başlayacaq.

 

Demokratik.Az

Xəbər 3074 dəfə oxunub






Oxşar xəbərlər

Anar Ələkbərov Oqtay Gülalıyevlə bağlı Aslan İsmayılova zəng vurdu
Ağ Ev: Trampa qarşı ittihamlar yalandır
Bakıda "KamAZ" iki tələbəni vuraraq öldürüb
HAMI DEPUTAT OLMAQ İSTƏYİR, BƏS SEÇİCİ KİM OLACAQ?
Əbu Bəkr məscidi yenidən açılacaq - RƏSMİ
Azərbaycanın keçmiş nazirinə heykəl qoyuldu - Fotolar
Bakıda ticarət mərkəzi yanır - Video
Putin prezident olmayacaq - Simonyan
Mənsimov Gülalıyevin oğlunun iddiasına cavab verdi
2018-ci ildə silah satan şirkətlər 420 milyard dollar qazanc əldə ediblər
Lavrov Vaşinqtonda Trampla görüşəcək
Naxçıvan parlamenti də buraxıldı: Ali Məclisə seçkilər keçiriləcək - SƏRƏNCAM
“Gültəkin Hacıbəyli bir nəfərin ağzına baxır…”
Gültəkin Hacıbəyli İsa Qəmbərin köhnə təklifini "xırdaladı"
Ermənistanın yazadək vaxtı qalıb - 9 fevraldan sonra...
MM yararsızdır? Bu nə hoqqabazlıqdır?
“Sevilya” səfərdə heç-heçə oynayıb
Müxalifət olmaq niyə çətinləşib?
Ata ögey ana ilə birgə azyaşlı övladlarına dəhşətli işgəncələr verdi - Ağcabədidə ŞOK OLAY
Həbs olunan azərbaycanlı milyarder ən sərt rejimli həbsxanaya salındı
Kimyəvi maddə daşıyan sistern aşıb, ölənlər var
Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi (FOTO)
Ramiz Mehdiyevin adı "Meydan hərəkatçısı" kimi çəkilir
Altay maralları Azərbaycanda: onları kim və hansı məqsədlə gətirib...
Cəlilin yazısı: "Yalana sığınıb yaşayanlar.."
ŞOK! Laçınlı sabiq məmur özünü niyə asdı?
Ziya Bünyadovun oğlu dünyasını dəyişdi
"Yuventus" mövsümdə ilk məğlubiyyətini alıb
ABŞ-dan Rusiyaya ağır ittiham: “PUA-mızı onlar vurub…”
Bu gün SAT imtahanı keçirilir
Tiflisdə YDM-də yanğın olub, xəsarət alanlar var
Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ
AÇIQLAMA GƏLDİ! Polis Gəncədə DSMF-nin qayda pozan xidməti maşını barədə tədbir görüb
"Gündəlik Bakı" qəzetinin baş redaktoru azadlığa buraxılıb
Alman polisinin həbs etdiyi Əlövsət Əliyevdən xəbər var
Etibar Məmmədovdan AÇIQLAMA - Seçkilərə qatılmayacaq
Yevda Abramov kimdir? - DOSYE
Fazil Məmmədovun gedişinin 2 ili - vergi sistemində nələr dəyişdi
BU HİYLƏ ADAMLAR, YALTAQ ADAMLAR…
Cavid Qurbanovun adı dələduzluqda hallandı - ŞİKAYƏT VAR
DEPUTAT YEVDA ABRAMOV VƏFAT ETDİ
Putin yenə alman dilində danışdı
Azərbaycan ziyalılarının həyatı Suriya qaçqınlarından dəyərsiz oldu?
Ərdoğan Avropanın ilk eko-məscidinin açılışında iştirak edib
Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib
Elmar Vəliyevi vuran Yunis Səfərovun İŞİ MƏHKƏMƏDƏ
Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
Gəncədə DSMF-nin xidməti maşını yol hərəkəti qaydalarını pozub -VİDEO
Bitərəf deputatlardan növbədənkənar seçkidə iştirakla bağlı CAVABLAR
Qərbi azərbaycanlıların deportasiyasının 31-ci ili
Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
Mənzil İnşaat Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin edilib
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
Prezident növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM
"Manenin dördüncü olması ayıbdır" - Messi
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
Şəmkir sakinləri: "Prezidentimiz bayramımıza bayram qatdı"
Polis polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytarılıb
“KEÇMİŞ HƏMKARIM ÇAPOVULÇULUĞA GİRİŞİB...” - Vilayət Quliyev sabiq naziri oğurluqda ittiham etdi
BDU -nun tələbələri siçan dərmanından zəhərlənib ?
500 milyon dollarllıq Gəncə-Gürcüstan sərhədi yolu 2021-ci ildə yekunlaşacaq
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Misir Mərdanov deputat olmaq istəyir
Müxalifət Müsavat qərargahından qərarsız ayrıldı - rəylər
Nazirlər Kabineti gömrük rüsumlarına dəyişiklik etdi - QƏRAR
Konstitusiyada qeyd olunduğu kimi...
Putin Vuçiçə Serbiya kralının silahını hədiyyə edib
Çində 4,5 maqnituda gücündə zəlzələ olub
ATƏT-in XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə edəcək

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.32394] initstartout [0.00024] initstartin [0.00104] calstart [0.01116] calend [0.00053] topnewsend [0.00452] rsssend [0.00000] ehgend [0.00639] tagsstart [0.00066] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.29936]