Gəncədə partlayış: ölənlər var

  • 05 may 2016, 10:26
Ötən gecə Gəncədə iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən hadisə baş verib. 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Abbas Səhhət adlanan yaşayış massivində qeydə alınıb. 

Çay evində mübahisə edən 4 nəfərdən biri əlində olan qumbaranı partladıb.  Hadisə zamanı iki nəfər  ölüb, iki nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər