Azərbaycanlılar sərhəddə 12 kilo qızılla tutuldular

  • 20 apr 2016, 21:18
Gürcüstana 12 kiloqram yüksək əyarlı qızıl və 131 min 954 dollar keçirmək istəyən Azərbaycan vətəndaşları - Bayram Gəncəliyev və Elman Hünseynov "Qırmızı körpü" Sərhəd-Buraxılış Məntəqəsində Gürcüstan gömrükçüləri tərəfindən saxlanılıblar. 
Region TV xəbər verib ki, bu şəxslər sərhədi keçərkən apardıqları pul və qızıl barədə bəyannamə yazmayıblar, qızıl külçəni və pulu avtomobilin saxlanc yerində Gürcüstan ərazisinə keçirmək istəyiblər. 

Gürcüstan tərəfi hər iki şəxsi həbs edib, qızıl və pulu dəlil olaraq götürüb. Onlara qarşı "Gürcüstan sərhədindəki gömrükdən malların keçirilməsi qaydalarının pozulması" maddəsi ilə cinayət işi başlanıb. Qızıl külçələrin dəyəri 490 min dollara yaxın qiymətləndirilib.
Oxşar xəbərlər