Bakıda sərnişin sürücünün boğazını kəsib

  • 13 apr 2016, 20:07
Bakıda sərnişin marşrut avtobusu sürücüsünün boğazını kəsib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Xətai rayonunda bir neçə gün öncə qeydə alınıb. Bu barədə zərərçəkənin yaxınları məlumat verib.

Bıçaqlanma Məhəmməd Hadi küçəsində "İsuzu” markalı 10 TG 992 nömrəli 132 saylı xətt avtobusunda baş verib. Naməlum şəxs xuliqanlıq zəminində sürücü, Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Ehtiram Əhədovun boğaz nahiyəsini bıçaqla kəsib. Yaralı E.Əhədov Sutikinti xəstəxanasına yerləşdirilib. Vəziyyəti qənaətbəxşdir.
Oxşar xəbərlər