Jurnalist Mirqədirov da azadlıqda

  • 17 mart 2016, 18:40

Bakı Apellyasiya Məhkəməsi jurnalistə 5 il şərti cəza təyin edib

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun apellyasiya şikayətinə baxılıb. Lent.az-ın məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə jurnalist barəsində həbs qəti imkan tədbiri dəyişdirilib. Hakimlər kollegiyasının qərarı ilə R,Mirqədrov Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 5 il sınaq müddəti olmaqla şərti azadlığa buraxılıb.


Rauf Mirqədirov azadlığa çıxan kimi jurnalistlərə açıqlama verib:

"Mənim azadlığa çıxmağım üçün zəhməti olan bütün dostlarıma təşəkkür edirəm. Əsasən də vəkilimə və həmkarlarıma".

Qeyd edək ki, R.Mirqədirov 2014-cü il aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist 6 il müddətinə azadlıqdan məhrum edilib. R.Mirqədirov həmin hökmdən apellyasiya şikayəti verib.

 

 



Oxşar xəbərlər