Sevgilisini heyvan kimi damğalayan manyak milyoner

  • 08 mart 2016, 19:33

"Bozun 50 çaları” filmi böyük hay-küy qoparmışdı. Ancaq milyoner Aleksander Botçerin real həyat hekayəsi filmi geridə qoyub.

Publika.az-ın xarici mətbuata istinadən məlumatına görə, Martin Levado adlı tələbə qızın ürəyini ovsunlayan Botçer onu öz köləsinə çevirib. Qız milyonerdən ötrü dəli-divanə olub.  Milyoner sevgilisinin öz məhəbbətini sübut etməsi üçün onun qarşısında şərt qoyub. Bu şərtə əsasən Levado keçmiş sevgililərinin üzünə sulfat tursusu atır.
 
Bunu edəndən sonra Aleksander qıza deyir ki, o kraldır və kralın heyvanlarında isə damğa olur.  Levado buna da razılaşıb. Qızın budunun iç tərəfində milyonerin imzası həkk olunur.
 
Lakin bu "film” sona çatmayıb. Sulfat turşu cinayətinin üstü açılıb və tezliklə onların hər ikisi həbs edilib. Məhkəmə Botçer və Levadonu 14 il azadlıqdan məhrum edib.
 
Demokratik.Az
Oxşar xəbərlər