Şəki sakini bankomatdan oğurluq etmək istəyib

  • 06 fev 2016, 21:49

Bankomatdan oğurluğa cəhd göstərmiş Şəki rayon sakini tutulub.

Demokratik.Az saytı Daxili İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də şəhər ərazisindəki Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatdan oğurluğa cəhd göstərmiş rayon sakini Vaqif Bayramov tutulub.

Aparılmış əməliyyat tədbirləri nəticəsində onun yanvarın 25-də Sərxan Şirinova məxsus mağazadan tütün məmulatı oğurlaması da müəyyən edilib.

Demokratik.Az