İki bacının birini boşadı, o birisini aldı – Bakıda

  • 02 fev 2016, 21:10

Bakının Xəzər rayon Məhkəməsində qalmaqallı məhkəmə prosesi başlayıb.

Hüquq müdafiəçisi Məlahət Nəbiyevanın Cebhe.info-ya verdiyi məlumata görə, rayon sakini olan keçmiş ər boşadığı qadının bacısı ilə evlənərək övladının qəyyumluğunu almaq istəyir:

"Belə halla öz təcrübəmdə ilk dəfədir ki, qarşılaşıram. Keçmiş ər boşandığı qadının ana bir, ata ayrı bacısı ilə evlənmək qərarına gəlib. Hazırda bir yerdə yaşayırlar və ailə də kiçik bacını dəstəkləyir. Xüsusilə ana qızının boşandığı əri ilə kiçik qızının evlənməsini istəyir. Ana ikinci evlilikdən olan qızı dəstəkləyib və əvvəlki nikahdan olan qardaş bacısını evdən çıxarıb.

Qadına boşandığı ərini verdiyi aliment də əlindən alınıb. İndi də keçmiş ər qadının uşağını almaq üçün məhkəməyə verib. Qadın övladı ilə bərabər 2 aydır ki, sığınacaqdadır və hər ikisi depressiya vəziyyətinə düşüb”.

Növbəti məhkəmə prosesi fevralın 9-da keçiriləcək.

Demokratik.Az