Qəbələdə avtomobil sürüşüb yolun kənarına düşdü

  • 25 yan 2016, 20:13

Demokratik.Az saytı Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən xəbər verir ki, nazirliyin Şimal-Qərb Regional Mərkəzinə Qəbələ rayonu, Laza kəndinə yağan güclü qar nəticəsində yolda 1 avtomobilin sürüşərək yolun kənarına düşməsi barədə informasiya daxil olub.

Dərhal FHN-in Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq problemi aradan qaldırıblar.

 Demokratik.Az

Oxşar xəbərlər