“Odlar yurdu” universitetindən 500 min manat oğurlanıb

  • 23 yan 2016, 15:30

Virtualaz.org saytına Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, bir neçə gün bundan əvvəl "Odlar yurdu” universitetindən içərisində 500 min manat pul olan seyf oğurlanıb.

Hələlik ancaq o məlumdur ki, polis işçiləri cinayəti törətməkdə şübhəli bilinən şəxsin izinə düşüblər. Məlumatda vurğulanır ki, şübhəli kənar şəxsdir və universitetə heç bir aidiyyatı yoxdur.

Seyf universitetin əməkdaşlarından birinin yardımı ilə oğurlanıb.

Fakt üzrə araşdırma davam etdirilir.

Demokratik.Az

Oxşar xəbərlər