Bakıda yaşayış binası yanıb - söndürülüb - FOTO

  • 17 yan 2016, 22:36

21:22

Bakının Nəsimi rayonunda Nizami küçəsindəki yaşayış binasının çardağında yanğın baş verib.

APA-nın hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.

Yanğınsöndürənlər binanin damındakı yardımçı tikilidəki yanğının mənzillərə keçməsinin qarşısını alıblar.

Yanğın tam söndürülüb.

--------
20:42

Bakı şəhərinin Nəsimi rayonu ərazisində yaşayış binası yanır.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında bildirilir.

Qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.

Demokratik.Az bildirir ki,Yanğın artıq tam söndürülüb.

Oxşar xəbərlər