Ağcabədidə məktəb binası yanıb (FOTO)

  • 17 yan 2016, 21:30
Ağcabədi rayonunun Hindarx qəsəbəsində məktəb binası yanıb. 

ANS PRESS-in məlumatına görə, şəhid Xanoğlan Həsənov adına məktəbdə yanğın təqribən saat 15 radələrində meydana gəlib. 

Yanğınsöndürənlər alovun söndürülməsi üçün çalışırlar


Yanğın günün 2-ci yarısında başlayıb və alov bütün binanı bürüyüb. Yanğınsöndürənlər hazırda alovun söndürülməsi üçün çalışırlar. 

Hadisə yerinə Ağdam və Ağcabədi rayonunun yanğınsöndürənləri cəlb edilib. Təqribən 2 saatdan sonra alov söndürülüb. Məktəbin direktoru Rəşad Rəhimovun ANS PRESS-ə verdiyi məlumata görə, yanğın elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verib. 

 

Rəşad Rəhimov - məktəb direktoru

"Yanğın məktəbin giriş hissəsində şitin yanında başlayıb işıq olan şit var orda başlayıb. Buna görə deyirik tokdan olub başqa bir şey ağlımıza gəlmir",- deyə məktəb direktoru Rəşad Rəhimov bildirib. 

Məktəb rəhbərliyindən onu da bildirdilər ki, sinif otaqları yararsız hala düşdüyündən məktəbdə təhsil alan 215 şagird dərslərini müvəqqəti olaraq qəsəbədəki digər məktəb binasında davam etdirəcək. 
Sinif otaqları yararsız hala düşüb
Hadisənin baş verdiyi əraziyə Ağcabədi rayon İH-nin nümayəndələri gəlib. Hazırda yanğının hansı səbəbdən baş verdiyi araşdırılır. 

 

 Demokratik.Az