Dağlıq Qarabağda erməni əsgər öldürüldü

  • 10 yan 2016, 12:01

İşğal olunmuş Azərbaycan torpaqlarında erməni əsgər öldürülüb.

Virtualaz.org erməni KİV-lərinə istinadən bildirir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, hadisə yanvarın 9-da saat 21.30 radələrində qeydə alınıb. Hərbi qulluqçu, 1996-cı il təvəllüdlü Aramais Voskanyan Azərbaycan əsgərlərinin sərrast atəşi ilə məhv edilib.

Artıq xəbər verdiyimiz kimi, cəbhədə son sutka ərzində gərginlik artıb. Azərbaycanın Müdaiə Nazirliyi məlumat yayıb ki, Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 125 dəfə pozublar.

Azərbaycan ordusunun bölmələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 125 dəfə atəş zərbəsi endiriblər.

Demokratik.Az

Oxşar xəbərlər