Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

08:24 - 18.10.2019  
Natiq Kərimovun həbsinin əsl səbəbi haqda yeni məlumat...
Tarix: 9-01-2016, 12:21 | Bölmə: Xəbərlər » Kriminal

Nardaranlı ixtiyarın Səudiyyə Ərəbistanı ilə İranın ixtilafının güdazına getdiyi deyilir 

 


Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov yanvarın 6-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılmışdı. Bir gün DTX-da dindirildikdən sonra Səbayel Rayon Məhkəməsinə aparılan N.Kərimov haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

N.Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunur. 

Musavat.com N.Kərimovun həbs edilməsinin əsas səbəbi haqda ilginc məlumat əldə edib. Məlumata görə, N.Kərimovun həbs edilməsinin əsas səbəbi bir neçə gün əvvəl Nardaran Ağsaqqallar Şurasının adından İran-Səudiyyə Ərəbistanı münasibətləri ilə bağlı yayılan bəyanatdır. N.Kərimovun imzası ilə yayılan bəyanatda iki ölkə arasında yaranan gərginlikdə S.Ərəbistanı hökuməti sərt şəkildə tənqid edilirdi.

Bəyanatda şiə alimi Ayətullah Nimr əl-Nimrinin edamı S.Ərəbistanı hökumətinin dövlət səviyyəsində törətdiyi bir terror kimi qiymətləndirilirdi. Nardaran ağsaqqalları bu bəyanatda hökuməti ərəblərlə əlaqələri kəsməyə dəvət etməklə yanaşı, Azərbaycanda bu edama haqq qazandıranları da sərt tənqid edirdi.

"Müsəlman dünyası həmin olayı İslama qarşı bəşəri cinayət kimi qiymətləndirməli, belə qaniçən rejimlərlə bütün əlaqə və münasibətləri birdəfəlik kəsməlidir. 
Səudiyyə rejiminin bu addımı məhz Amerika və dünya sionizminin ideyası olaraq İslam aləmində təriqətlərarası düşmənçilik və qarşıdurmaya xidmət göstərir. Belə xidmətçilərdən biz də xali deyilik. İçərimizdə elə "müxalifət” təmsilçiləri vardır ki, bu cinayətə haqq qazandırmaq üçün əsl İslam dövlətinə qarşı saxta arqumentlərlə çıxış etməyi özlərinə rəva bilir, xarici, xüsusən də Qərb himayədarlarına sadiq olduqlarını sübuta yetirməyə çalışırlar” - deyə bəyanatda bildirilib.

Məlumata görə, N.Kərimovun bu addımı hökumətin ciddi qəzəbinə səbəb olub. Güman olunur ki, İran və Səudiyyə Ərəbistanı arasında baş verən gərginlikdən sonra ölkə rəsmilərinin heç bir bəyanat vermədiyi, tərəf tutmadıqları bir vaxtda Nardarandan belə bir bəyanatın verilməsi hökuməti qəzəbləndirib. Azərbaycan hökumətinin iki ölkə ilə də münasibətlərdə maraqlı olduğu bir vaxtda Nardarandan bu cür addımın atılması qəbul edilməz hesab edilib. 

N.Kərimovun Nardaran sakinləri, ağsaqqalları adından mətbuata mütəmadi açıqlamalar verməsi onsuz da hüquq-mühafizə orqanları tərəfindən xoşagəlməz hadisə kimi qiymətləndirilirdi. Bu bəyanat isə stəkanı daşdıran son damla olub.

N.Kərimov "Nardaran hadisələri”ndən sonra ötən ilin dekabrında saxlanılmışdı. O, prokurorluqda dindirildikdən sonra sərbəst buraxılmışdı. N.Kərimov o zaman sırf "Nardaran hadisələri” ilə bağlı dindirilmişdi.

Sonuncu bəyanatdan bir gün sonra N.Kərimov bu dəfə MTN-nin balansında yaradılan DTX tərəfindən saxlanıldı. Bu dəfə isə o, Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham olundu. 

N.Kərimovun həbsi ilə bağlı DTX-nın yaydığı məlumatda bildirilir ki, N.Kərimovun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən olunub. Və buna görə də o, həbs olunub.

Musavat.com
Xəbər 2842 dəfə oxunub






Oxşar xəbərlər

Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Ərdoğan Azərbaycandadır - FOTOLAR (YENİLƏNİB)
Qırğızıstan Prezidenti Azərbaycandadır - FOTO
Ərdoğan Bakıya gəlir
Ərdoğan: "NATO bizə cavab verə bilmir"
Samux PŞ-yə yeni rəis müavini təyin olunub
Yunis Səfərovun silahdaşlarına hökm oxunub
İlham İsmayıl: “Terror riski Azərbaycanda xeyli azalıb”
Afaq yenə "soyundu" – FOTO
Bakının israrı - İrəvanda cəlladın heykəli söküləcəkmi?
Naxçıvanlı iş adamı Moskvada baltalandı: VİDEO
Abbas Abbasovun oğlu kriminal avtoritetlə görüntüləndi
Bakıda iki oğlanın nişanı oldu - Üzük taxıb öpüşdülər
Elton ölkədən getdi: Şərəfsizlər, didin bir-birinizi...
PKK lideri Karayılan ABŞ-a müraciət etdi
Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.34376] initstartout [0.00022] initstartin [0.00109] calstart [0.01296] calend [0.00074] topnewsend [0.00658] rsssend [0.00000] ehgend [0.03161] tagsstart [0.00092] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.28959]