Bayram günlərində baş verən yol qəzaları - Statistika

  • 02 yan 2016, 20:11
Azərbaycanda bayram günləri baş verən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.
 
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, dekabrın 31-də respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
 
Yanvarın 1-də isə respublikanın avtomobil yollarında 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Hər bir faktla bağlı araşdırma aparılır. /apa/