61 yaşlı kişi meyiti tapılıb

  • 29 dek 2015, 20:43
Paytaxtda mənzildə 61 yaşlı kişi meyiti tapılıb.   Demokratik.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1954-cü il təvəllüdlü Lanskix Aleksandr Petroviçin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.   Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və adıçəkilən şəxsin cəsədini aşkar ediblər.   A.Lanskixin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib
Oxşar xəbərlər