Şəmkirdə yol qəzası baş verib: 1 yaralı

  • 27 dek 2015, 10:26
Şəmkirdə sürücünün xəsarəti ilə nəticələn yol qəzası baş verib.

Demokratik.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, rayonun Çinarlı kəndində sürücü tŞəmkir rayon sakini 36 yaşlı Ruslan Abbasov idarə etdiyi avtomobilin idarəetməsini itirib və qəza törədib.

Nəticədə adıçəkilən şəxs ağır xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının (TTYX) travmatalogiya şöbəsinə yerləşdirilib.

Xəstənin vəziyyəti ağır olduğu üçün o reanimasiyan şöbəsinə aparılıb. Həkimlər xəstənin çoxlu qan itirdiyini bildirib.Faktla bağlı araşdırma aparılır.