Rusiyada qanlı atışma – Yaralılar var

  • 24 dek 2015, 21:17

Moskvanın qərbində yerləşən kafelərin birində baş vermiş münaqişə nəticəsində azı 3 nəfər yaralanıb. APA-nın məlumatına görə, bu barədə "Moskva” şəhər xəbərləri agentliyi məlumat yayıb. Məlumata görə, atışma Sovet keçəsindəki Rublyovo qəsəbəsində baş verib.

İnsident "İmperiya” kafesində baş verib. Atəş travmatik silahdan açılıb. İlkin məlumata görə, üç nəfər xəsarət alıb.

"Bir nəfər belindən digəri – sinəsindən yaralanıb, üçüncü şəxsə isə silahın tutacağı ilə başından xəsarət yetirilib. Münaqişənin səbəbi hələlik məlum deyil”, deyə mənbə bildirib.

Hadisə yerinə həkimlər və əməliyyat qrupu cəlb edilib. Yaralılar xəstəxanaya aparılıblar.

Oxşar xəbərlər