MTN-in həbs edilən polkovniki özünü asdı

  • 20 dek 2015, 18:13

 

Eldar Mahmudov MTN naziri vəzifəsindən qovulandan sonra onun ifşa edilən cinayətkar dəstəsinin əsas üzvlərindən biri, MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında özünü asıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həbsdə olan İlqar Əliyev təxminən 1 saat əvvəl intihar edərək özünü öldürüb.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qalıb.

Qeyd edək ki, İlqar Əliyevin barəsində oktyabrda Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilirdi və Bakı İstintaq Təcridxanasına köçürülmüşdü.
 
Demokratik.Az
Oxşar xəbərlər