Dağıstanda imamı güllələdilər

  • 06 dek 2015, 09:31
Dağıstanın Xasavyurt rayonunda dini xadimin güllələnməsi işi üzrə istintaq işi başlayıb. 

Killerlər imamı avtomobildən çıxarkən gülləbaran ediblər. Cinayətin videoyazısı internetə düşüb.
Qətlin qurbanının dini moizələri ilə tanınan məscid imamı Süleyman Süleymanov Kokreski olduğu bildirilir. İmamın yerli sələfi icması arasında nüfuzlu şəxs olduğu deyilir. 

1993-cü il təvəllüdlü, daimi iş yeri olmayan Süleyman Süleymanov "Toyota Land Cruiser 200” markalı avtomobilindən düşərkən vurulub. Maşının sükanında o, özü olub. Hadisə yerində 47 "Kalaşanikov” gilizi aşkarlanıb.

Qatillər "VAZ-Priora” markalı avtomobillə oturaraq hadisə yerində uzaqlaşıblar.