Jurnalist İlkin Məmmədli saxlanılıb

  • 02 dek 2015, 08:53
Dekabrın 1-də gecə saatlarında "Azadxeber.az” saytının redaktor əvəzi İlkin Məmmədli yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsindən naməlum şəxslər tərəfindən aparılıb. Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, jurnalist bazarlıq edib evə gəlirmiş: "Mağazaya düşdü, gözlədik, gəlmədi. Aldığı ərzaqlar həyətin ortasında idi. Öyrəndik ki, həyətdə zorla maşına mindirilərək aparılıb. Kimin hara apardığını bilmirik. Güman edirik ki, polislər aparıb”.

Sabunçu rayon Polis İdarəsindən İlkin Məmmədlinin atasına oğlunun saxlanıldığını təsdiqləyiblər. Bildirilib ki, o, öncə idarəyə gətirilib, sonra isə şəhərə aparılıb. Hara aparıldığı deyilməyib. Ancaq onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsimə aparıldığı güman edilir.

Azadxeber.az  saytı əsasən dini mövzular işıqlandırır. Saytın baş redaktoru Nicat Əliyev hazırda həbsdədir.  Beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınır.
Oxşar xəbərlər