Qutabxanada arvadını öldürmək istədi

  • 28 noy 2015, 13:14

 

Kişi qutabxanada işləyən 23 yaşlı arvadını öldürmək istəyərkən müştəri qadını xilas edib.

Xəbərə görə, hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib.

Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Niyaməddin Abdullayev arvadı, 1992-ci il təvəllüdlü Günel Abdullayevanın işlədiyi qutabxanaya gələrək onu bıçaqla vurmaq istəyib. Bu zaman qutabxanada olan müştəri 1989-cu il təvəllüdlü Kamran Vəliyev bıçağı onun əlindən alarkın öz qolundan xəsarət alıb. Hadisəni törədən N.Abdullayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər