Paris hücumunda şübhəli bilinən belçikalı Türkiyədə yaxalandı

  • 21 noy 2015, 19:16

 

Yevlaxda mənzilə basqın etməkdə şübhəli bilinən şəxslər tutulub.

Demokratik.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-də rayon sakini Ruslan Abdullayevə bıçaqla xəsarət yetirmiş həmyerlisi Elgün Cəfərzadə tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmyerliləri Nadir Babayev, Çingiz Mahmudov və Elvin Şahverdiyevlə birgə noyabrın 18-də Nazlı Bayramovanın yaşadığı evə açıq qalmış qapıdan girib onu bıçaqla hədələyərək əl-ayağını və ağzını yapışqanlı lentlə bağlayıb oradan 800 manat və qızıl əşyalar aparması da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat tədbirləri ilə N.Babayev və Ç.Mahmudov tutulublar.

Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər