Sumqayıtda ər arvadını öldürdü - QISQANCLIQ

  • 08 noy 2015, 12:14

Sumqayıtda ər arvadını qısqanclıq zəminində bıçaqlayaraq öldürüb. APA TV-nin məlumatına görə, hadisə Sumqayıt şəhərinin 5-ci mikrorayonunda baş verib.

 

Kirayədə yaşayan Qubadlı rayon sakini Xaqani Hüseynov aralarında baş verən mübahisə zamanı mətbəxdən götürdüyü bıçaqla 27 yaşlı arvadı Ramiləyə çoxsaylı zərbələr vurub. Yaralı qonşuların köməyi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən Xaqani Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

 

Saxlanılan şəxs ilkin dindirmə zamanı törətdiyi əməli etiraf edib. O, həyat yoldaşını qısqanclıq zəminində öldürdüyünü bildirib.

 

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.