Ağcabədidə itən valyuta dəyişənin meyiti tapıldı- FOTO

  • 23 okt 2015, 22:42

Mərhumun 6 gün əvvəl öldüyü müəyyənləşib.

Bu il oktyabrın 17-də itkin düşən Ağcabədi rayon sakini İsmayılov Valeh Qanboy oğlunun meyiti Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində tapılıb.

Demokratik.Az xəbər verir ki,Apa-nın yerli bürosunun xəbərinə görə, V. İsmayılovun meyiti ailəsinə təhvil verilib.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspetriza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsindən bildiirlib ki, meyit müayinə olunub və üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. Mərhumun 6 gün əvvəl öldüyü müəyyənləşib. İlkin ehtimala görə, ölümün səbəbi suda boğulmadır.

Hadisənin qəsd və ya intihar olması araşdırılır.

Qeyd edək ki, Ağcabədidə "Kolxoz bazarı” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olan 1956-cı il təvəllüdlü V. İsmayılov oktyabrın 17-də saat 07:40 radələrində evdən çıxıb və geri qayıtmayıb.

Bununla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən axtarış elan olunub.