Rusiya "qanuni oğru"nu Bakıya deportasiya etdi

  • 20 iyun 2015, 15:55
Moskva vilayətinin Lobnya şəhərində Rusiya DİN-in cinayət axtarış Baş İdarəsinin əməkdaşları Rusiyanın xüsusi təyinatlı çevik reaksiya qüvvələri mərkəzinin əməkdaşları ilə bərabər əslən Azərbaycandan olan cinayətkar aləmdə "Yunus" kimi tanınan 54 yaşlı cinayətkarı saxlayıblar.

Demokratik.Az-ın verdiyi məlumata görə, o, Rusiya ərazisində miqrasiya qanunvericiliyini pozaraq yaşayırdı. 

Cari ilin yanvar ayında o artıq əməliyyatçılar tərəfindən cinayətkar aləmin lider və avtoritetlərinin "sxodkası" zamanı saxlanılmışdı və ona Rusiya Federasiyasının ərazisini tərk etmək tövsiyə edilmişdi. Amma indiyə qədər o, Moskva ərazisində olub.

Dünən saxlanılan şəxs Moskva-Bakı reysi ilə Rusiya Federasiyası ərazisindən çıxarılıb.