Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

10:55 - 19.01.2019  
“Lənkəranski” “Ded”in qətlindən suçsuz çıxdı...
Tarix: 30-05-2015, 20:55 | Bölmə: Xəbərlər » Kriminal

“Lənkəranski” “Ded”in qətlindən suçsuz çıxdı...İstintaq sübuta yetirə bilməsə də, "qanuni oğru”ların "sxodka”sı bir çox qaranlıq məsələlərə, o cümlədən "Ded Xasan”ın qətli ilə bağlı müəmmaya da aydınlıq gətirəcək 

Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi məşhur kriminal avtoritet, "Ded Xasan” ləqəbli Aslan Usoyanın qətlinə dair qaldırılmış cinayət işini bağlayıb. 


"İnterfaks”ın xəbərinə görə, müstəntiqlər iki ildən çox araşdırma aparsalar da, bu qətl üzrə konkret ittiham irəli sürmək üçün dəlil-sübut tapa bilməyiblər. Hadisə yerindən tapılan gilizlərin laboratoriya araşdırması göstərib ki, bu gilizlər 9 növ silaha aid ola bilər. "Ded Xasan”ın öldürüldüyü "Val” adlandırılan xüsusi avtomatda əl izləri isə o qədər cüzi olub ki, genetik ekspertiza nəticələri tam dəqiqliklə verə bilməyib.

"Ded Xasan”ın qətli üzrə əsas şübhəli olan 12 aprel 1981-ci ildə anadan olmuş Ülfət Tağıyev ("Rüfət Gəncinski”) digər cinayət üçün cəzasını ciddi rejimli koloniyada çəkməklə 8 il azadlıqdan məhrum edilib. 2013-cü ilin sentyabrında DİN və FTX İdarəsinin əməkdaşları onu Moskvada saxlayıblar. O, paytaxta Türkiyə vətəndaşının pasportu ilə, saxta sənədlərlə gəlib. Əməliyyatçıların məlumatına əsasən o, azərbaycanlı "qanuni oğru” Rövşən Canıyevin ("Rövşən Lənkəranski”) yaxın əhatəsinə daxildir və  2012-ci ildə Dubayda "qanuni oğru” adı alıb. "Rufo”nu dəfələrlə Ded Xasanın qətlinə görə də dindiriblər.

 Lakin o, kriminal "generalın” qətlində hər hansı rolunun olduğunu inkar edib. İstintaqın əlindəki ən önəmli sübut "Ded Xasan”ın qətlə yetirildiyi "Köhnə fayton” restoranının yaxınlığındakı videomüşahidə kameralarının görüntüləri idi. "Rufo” kameralara ilk dəfə 2013-cü il yanvarın 9-da, "Ded Xasan”ın qətlindən bir həftə əvvəl düşüb. O, restoranın ətrafında fırlanıb, ətraf həyətləri dolaşıb, onu müşayiət edən şəxslərlə nə barədəsə danışıb. Sonra Tağıyev daha iki dəfə "Köhnə fayton”un yaxınlığında görünüb. Həmçinin "Rufo” yanvarın 16-da- qətlin baş verdiyi gün də restorana yaxın küçədə qeydə alınıb. Amma göründüyü kimi, istintaq azərbaycanlı "qanuni oğru”nun bu işdə suçlu olduğunu sübut edə bilməyib.  

Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri olan "Şakro Molodoy” ləqəbli 62 yaşlı Zaxari Kalaşov ötən il oktyabrın 29-da İspaniya həbsxanasından azadlığa buraxılandan sonra "Ded Xasan”ın və Vyaçeslav İvankovun ("Yaponçik”) məzarlarını ziyarət edib. "Şakro” məzarlıqda and içib ki, onların qatillərini bağışlamayacaq. Rusiya saytları yazır ki, "Ded Xasan”ın qətlinin günahkarı kimi konkret ad çəkilməsə də, əsas şübhəlilər hazırda həbsdə olan "Taro” ləqəbli Tariel Oniani və "Merab Suximski” kimi tanınan Merab Canqveladzedir.   "Ded Xasan” klanının "qara siyahı”sında "oğru dünyası”nın əsas simalarından olan "Rövşən Lənkəranski”nin də adı da var. Məhz bu baxımdan "Rufo”nun istintaqının son nəticəsi maraqla gözlənilirdi. Amma görünür ki, bu qətli rəsmi olaraq "Lənkəranski”nin "hesabına” yazmaq mümkün olmadı. Yeri gəlmişkən, "Ded Xasan”ın aradan götürülməsində Rusiya hüquq-mühafizə orqanlarının əli ola biləcəyi ilə bağlı versiyalar da var.   

Rusiya paytaxtında bütün "qanuni oğru”ların iştirakı ilə toplantı keçiriləcəyi ilə bağlı xəbərlər yayılsa da, belə bir "sxodka” hələ ki baş tutmayıb. Ehtimal edilir ki, "Şakro Molodoy”un təşkilatçısı olduğu bu "sxodka” bir çox qaranlıq məsələlərə, o cümlədən "Ded Xasan”ın qətli ilə bağlı da müəmmaya aydınlıq gətirəcək. 

 "Rövşən Lənkəranski”nin hazırda harada olduğu bilinmir. O, mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinir. Onun həbsi barədə İtaliya məhkəməsi xüsusi qərar çıxarıb və saxlanılması üçün İnterpola müraciət edilib.

Xəbər 2599 dəfə oxunub






Oxşar xəbərlər

Fransada erməni mafiozlar həbs olundu
Abel Məhərrəmov toyda “Yallı” oynadı – VİDEO
Seksoloq: “60 yaşa kimi bakirəliyin qorunması qürur məsələsi deyil”
Bakıda güclü külək 40-a yaxın ağacı aşırıb
Müğənnilər toya nə qədər pul yazdırır?
Mehriban Əliyeva "Üzeyir Hacıbəyli" fəxri medalı ilə təltif edildi
Azərbaycan XİN Rusiyaya cavab verdi
Məmurlardan lüks avtomobillər alınır?
Zimbabvenin Prezidenti Azərbaycanda səfərdədir
Meşədə qadının kəsilmiş bədəni tapıldı - VİDEO
Kikboks Federasiyasının vitse-prezidenti həbs edilib
Alimlər: "Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər
Bakı yaşamaq üçün ən rahat şəhərlər sırasında niyə yoxdur?
Elgiz Əkbər Əli Mirəliyev barədə: Bu kişi manyakdır
Məktəbdə terror - 8 ölü, 10 yaralı
”Lotu Quli” Türkiyəyə qayıtdı?
"Məktəblər niyə bağlanır, müharibə-zaddı?" - Hafiz Hacıyev
Nazir 5 polis rəisi təyin etdi, ikisini sərəncama götürdü
Təhsil Nazirliyinə tabe olan bu qurumlar ləğv edildi - QƏRAR
Bölgələrə güclü qar yağır
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
Gəncənin sabiq icra başçısı şəhərin mərkəzində binanın zirzəmisini hansı icazə ilə dağıdır?
Astanada 20 Yanvar şəhidləri anılıb
Ötən il Türkiyədə 1,4 milyon daşınmaz əmlak satılıb
İran ordusunu Suriyadan çıxarmayacaq - SEPAH
Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu
Quba polisi "ağac qənimi"ni yaxaladı
Lavrov kürd məsələsindən danışdı
Azərbaycanda 4 dövlət xidməti yaradılır
Ekoloji Ekspertiza Agentliyi yaradılır - FƏRMAN
Kiçik və iddialı Gürcüstanın spikerindən böyük açıqlamalar
Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
Hadi Rəcəblinin slavyan qadınla və küçədə rəqsi – GÖRÜNTÜLƏR
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq
Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"? - Milyonluq problem
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
Rihanna atasını pul üstündə məhkəməyə verib
Madonna "Eurovision -2019"da iştiraka razılıq verib
İran telekanalının jurnalisti ABŞ-da həbs olunub
Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia
General Frankodan Bakıya qədər uzanan “5-ci kolon” kimlərdir?
“Boko Haram” bir şəhəri ələ keçirdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
Mədəniyyət Nazirliyi ilə bağlı - FƏRMAN
Nokia smartfonu yenidən istehsal olunacaq
MMA döyüşçüsü bankın filialını dağıtdı
Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək
İŞİD terrorçusu – ləqəbi “Abu Cihad”, özü Eldəniz Məmmədov – Fotolar
Yaponiyadakı səfirimiz geri çağırıldı
Səddam Hüseynin milyardları hardadır?
Qulu Məhərrəmli Alışanovun işdən çıxarılmasını alqışladı
Qızı polis bölməsində zorladılar - ŞOK TƏFƏRRÜAT
PREZİDENT "SAM"I DA LƏĞV ETDİ - SƏRƏNCAM
Paşinyan Gürcüstana qeyri-rəsmi səfər edib
AZTV-nin yeni rəhbəri kimdir?
Emin Hüseynov Avropa İttifaqı ölkələrinin diplomatlarını "qaz" alandırdı
Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb
Xidmət və iaşə sektorundakı qiymət xaosu
Struktur islahatları başladı – nazirlik "Azərsilah" ASC-yə çevrilir
Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır
Göygöldə qanunsuz ov edənlər saxlanılıb
Heydər Əliyevin qohumu olan şəhid anası da "qanpulu"nu ala bilmir - MÜRACİƏT
BDU-da təyinat: Bulvar İdarəsinin rəis müavini gəldi
Yeniyetmə qız yoxa çıxıb - FOTOSU
Fikrət Fərəməzoğlunun üzünə duran “Antaliya Mehman” həbs olundu
Fazil Məmmədovun taleyi - onu bağışlamaq olmaz!
Bürclər – 14 yanvar

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13425] initstartout [0.00014] initstartin [0.00065] calstart [0.00753] calend [0.00041] topnewsend [0.00339] rsssend [0.00000] ehgend [0.01113] tagsstart [0.00047] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11049]