Bakıda ağır “Mercedes” qəzası Bakının Binəqədi rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

FHN-nin saytına istinadən verdiyi məlumata görə, rayon ərazisdində "Mercedes” markalı minik maşını yoldan çıxaraq beton sədlərə çırpılıb.

Qəza nəticəsində "Mercedes”də olan bir nəfər avtomobildə sıxılmış vəziyətdə qalıb.

Dərhal hadisə yerinə cəlb olunan xilasedicilər vətəndaşı avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verib.

Əməliyyat saat 01:38-də başa çatıb.