Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

12:43 - 22.11.2019  
Əxlaqsızlıq yuvasında gizli kamera, şantaj, pul və... - Məhkəmə prosesindən
Tarix: 24-05-2015, 22:24 | Bölmə: Xəbərlər » Kriminal

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Emin Allahverənov və Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Əlizamin Abıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Əxlaqsızlıq yuvasında gizli kamera, şantaj, pul və... - Məhkəmə prosesindənProsesə hakim Mirzə Xankişiyev sədrlik edir.

İstintaqla müəyyən edilib ki, E.Allahverənov gəlir əldə etmək məqsədilə Sumqayıt şəhərində kirayələdiyi mənzildə istintaqa məlum olmayan tanışını - "Səbinə” adlı qadını müxtəlif kişilərlə görüşdürmək üçün əxlaqsızlıq yuvası təşkil edib. Səbinənin adına yaradılan odnoklassniki.ru internet saytında müştərilərlə əlaqə saxlanılıb.

Yüngül həyat tərzi keçirən Səbinənin toruna düşmüş ilk müştəri internetdə tanış olduğu Ramil İsmayılov olub. E.Allahverənov onların görüşünü təşkil edib və bunu kompüterin videokamerası ilə gizlicə lentə alıb. Bundan bir müddət sonra isə E.Allahverənov qrupun digər üzvü Əlizamin Abıyevlə birlikdə Ramil İsmayılova hədə-qorxu gələrək ondan pul tələb ediblər. Əks halda videogörüntüləri müxtəlif internet saytlarında, ailə üzvləri və tanışları arasında yayacaqları ilə hədələyiblər.

Hər iki şəxsin hədələrdən təngə gələn Ramil İsmayılov DİN Baş Mütəşəkkil Cinayətkarlığa Mübarizə İdarəsinə ərizə ilə müraciət edib. Adıçəkilən şəxslər Göygöl rayon sakini Ramil İsmayılovu barəsində rüsvayedici məlumat yayacağı ilə hədələyərək ondan 600 manat alarkən Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının 3 iyul, 2014-cü ildə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.

E.Allahverənova qarşı Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların barəsində rüsvayedici məlumatlar yayma) və 244.2.1-ci (əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə, Ə.Abıyevə isə 182.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs qismində dindirilən E.Allahverənov Səbinə adlı qadınla 2014-cü ilin may ayında tanış olduğunu, onun küçədə qaldığını, getməyə yeri olmadığından köməklik etdiyini göstərib: "Gedəcək yeri yox idi. Mənim özümün də maddi imkanım yaxşı deyildi, onu yanımda saxlaya bilməzdim. Öz xahişi ilə Səbinəyə mənzil tutdum, onun öz istəyi ilə adına odnoklassniki.ru saytında və skaypda profil açıb pulla müştərilərlə görüşməsi barədə status yazdım.

Səbinənin ilk tanış olduğu şəxs Ramil İsmayılov idi. Əvvəlcədən qərara gəlmişdik ki, bütün görüşləri videoya çəkək ki, əgər müştəri artıq hərəkətə yol versə, onu şantaj edib cəzalandıraq, əlavə pul qopara bilək.

Bir müddət sonra Səbinəyə Bakıdan mənzil kirayələdik. Səbinə internetlə tanış olduğu şəxsləri "Planet” şadlıq sarayının qarşısına çağırır, orada  qarşılayıb evə gətirirdi. Pulları müştərilərdən mən alırdım. Səbinə mənə heç bir söz demədən əşyalarını yığıb evdən getmişdi. Ramil dedi ki, 200 manat düzəltmişəm, gəl apar, 400 manat da sonra verəcəyəm. Dostum Əlizaminlə birlikdə Ramilin iş yerinə getdik. Ramildən pulu alarkən mülki geyimli şəxslər bizə yaxınlaşdılar”. 

Zərərçəkmiş şəxs qismində dindirilən Ramil İsmayılov ifadəsində Səbinə ilə internetdə tanış olduqlarını, telefonla və internet vasitəsilə əlaqə saxladıqlarını göstərib: "İlk dəfə Səbinə ilə görüşəndə məni Emin adlı şəxs qarşılayıb apardı. Səbinə dedi ki, Emin onun mühafizəçisidir, Eminə hər ay 800 manat pul verir. Evə gələndə Emin hətta şəxsiyyət vəsiqəmi də alıb baxdı, sonrasa 100 manat alıb getdi. O, gedəndən sonra Səbinə kompüteri otağa gətirib qoydu ki, musiqiyə qulaq asaq. Bunu videogörüntü üçün etməsi heç ağlıma da gəlməzdi.

Bundan sonra arabir Səbinə ilə telefonla əlaqə saxlayır, yazışırdım. Səbinə mənə "Planet” şadlıq sarayının yanında kirayə qaldığını deyirdi. Növbəti dəfə məni yenə Emin qarşılayıb evə apardı, Sumqayıta gedəcəyini deyib evdən çıxdı. Bir qədər sonra geri qayıdıb dedi ki, "səni kameraya çəkmişik, inanmırsansa hamısı flaş-kartdadır, 100 manat ver, qırım atım”.


Ona dedim ki, pulum yoxdur. Emin isə "Sənə 15 gün vaxt verirəm, 500 manat verməsən, videonu internet saytlarına, valideynlərinə, qohumlarına göndərəcəyəm, get kimə istəyirsən şikayət elə, mən heç kimdən qorxmuram” deyərək hədə-qorxu gəldi, görüntüləri açıb göstərdi.

Bu işin əvvəlcədən düşünülmüş olmasına şübhəm qalmadı. Həmin vaxt yeganə düşündüyüm bu oldu ki, mənzildən sağ-salamat çıxıb gedə bilim. Ona görə də Eminə 500 manatı çatdıracağıma söz verdim”.

Zərərçəkmişin ifadəsinə görə, Emin dəfələrlə ona zəng vurub, mesaj yazsa da ona cavab verməyib. Bir müddət sonra isə Emin bir nəfər oğlanla onun yanına gəlib: "Adını sonradan bildiyim Əlizamin məni söydü, Eminin pulunu niyə vermədiyimi soruşdu. Sonra cibindən kağız çıxarıb mənə göstərdi. Həmin kağızda 4 il əvvəl işlətdiyim telefon nömrəsi, qeydiyyatda olduğum ünvan yazılmışdı.

Əlizamin "bizdən qaçası olsan, səni yerin deşiyində də olsa tapıb çıxaracağıq” dedi. Emin isə Əlizamini göstərib onun adının Namiq olduğunu, polis bölməsində rəis işlədiyini bildirdi.

Əvvəlcə pul tapıb Eminə və özünü Namiq kimi təqdim edən şəxsə vermək istədim. Sonra fikirləşdim ki, pul versəm, yalandan görüntüləri siləcəklərini deyəcəklər. Çox düşündükdən sonra onların barəsində polisə şikayət etməyi qərara aldım. Bu haqda ərizə yazdım. İyulun 3-də Eminə zəng vurub 200 manat hazırladığımı dedim. Emingil pulu alıb gedəndən sonra polislər onları saxladılar. Eminin cibindən 200 manat pul və iki ədəd flaş-kart aşkarlandı”.

Məhkəmə prosesi davam edir. 
Xəbər 3078 dəfə oxunub






Oxşar xəbərlər

Əfv Komissiyasında yeni sədr - Ramiz Mehdiyevi kim əvəzləyəcək?
Əziz Əzizov “Korrupsiyaya qarşı mübarizə” qanununu pozub - Açıqlama
Bələdiyyə sədri qandallandı
Ata Abdullayevin Milan şousuna sərt reaksiyalar
Bakıda oğru marketin 2 işçisini bıçaqlayıb
“Hakimiyyəti populistlərə güzəştə getdim” - Sarkisyan
Türkiyənin məşhur aktrisaları Bakıya gəlir
Varlı rektorun kasıb həvəsləri: "İbrahim Cəfərov universiteti "dağıdır", "talayır" demək olarmı?
Azərbaycanda Ombudsman dəyişir: Üç namizəd var
Dəməşq aeroportunda iranlıların qərargahı darmadağın edildi
Ayaz Mütəllibov Paşinyana sərt cavab verdi
Mehriban Əliyeva Putinlə görüşəcək
“Bu adamlar “söyüş kampaniyası” fonunda öz varlıqlarını...” - QULU MƏHƏRRƏMLİ
İcra başçısı özünə 250 minlik “Rang Rover” aldı
Zatulin: "Ancaq 5 rayon qaytarıla bilər, Qarabağı unudun"
Bakıda gəlin maşını yandı - VİDEO
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
Aralıq qiymətləndirmə davam edir
Prokuror naxçıvanlı iş adamını güllələyən "Hozu"ya cəza istədi
Prezident iki icra başçısının yerlərini dəyişdi
ADAU qarışdı! İbrahim Cəfərov Ağdam qaçqınına hücum çəkdi - NİYƏSİ
"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner
Qarakənd faciəsindən 28 il ötür
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü
Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLAR
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
“Space TV”dən Elçin Əlibəyli ilə bağlı – AÇIQLAMA
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.57790] initstartout [0.00036] initstartin [0.00105] calstart [0.03213] calend [0.00085] topnewsend [0.00652] rsssend [0.00000] ehgend [0.05919] tagsstart [0.00092] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.47682]