Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:45 - 20.09.2018  
Özünü yandırıb öldürən Qarabağ veteranının oğluna cinayət işi açılıb-FOTO
Tarix: 21-05-2015, 20:10 | Bölmə: Xəbərlər » Kriminal

Özünü yandırıb öldürən Qarabağ veteranının oğluna cinayət işi açılıb-FOTO"Yas mərasimi bitdikdən sonra ailəliklə gəlib Prezident Administrasiyasının qarşısında özümüzü yandırıb intihar edəcəyik”. Bu sözləri Modern.az saytına mayın 19-da Cəlilabad rayon Polis Şöbəsinin qarşısında özünü yandırmaqla öldürən Qarabağ müharibəsinin və 20 yanvar hadisəsinin iştirakçısı Mirtahir Mürsəlovun qardaşı Mirkamil Mürsəlov deyib.

O bildirib ki, qardaşının bu addımı atmasına səbəb onun rayon Polis Şöbəsi və prokurorluq tərəfindən hüquqlarının pozulması olub: "2013-cü ildən qardaşımı müxtəlif vaxtlarda döyüblər. Onun müraciət və şikayətlərinə hər dəfə rədd cavabı veriblər. Sonuncu dəfə kimsə onu təhqir edib. Bu hadisəni hələ araşdıra bilməmişəm. O, Polis Şöbəsinə şikayət edib, polis onu rədd edib. Qardaşım da deyib ki, "sizin kimi insanlarla üz-üzə gəlməkdənsə, ölmək yaxşıdır”.

Mayın 20-də qardaşımın cənazəsini gətirib gecə ilə dəfn etmişəm. Cəlilabad rayonunda bizim ailəyə qarşı soyqırımı siyasəti həyata keçirirlər, ailəmiz təqib olunur. Halbuki, bu vətənin, bu torpağın ərazi bütövlüyünü qorumaq üçün iki oğlumuzu şəhid vermişik. Müstəqilliyimizin əldə olunması üçün 1990-cı ilin 20 yanvar hadisələrində əliyalın düşmənin qarşısına çıxmışıq. Bizim kimi insanlara niyə rayonda yer yoxdur?

Əlimdə aprelin 29-da yazılan və qardaşıma sonuncu dəfə Cəlilabad rayon Prokurorluğundan gələn məktub var. O məktubda göstərilir ki, qardaşımın hansı şikayətləri necə rədd olunub. Həkim də, polis də kağız verib ki, qardaşımı vurublar. Bəs niyə heç bir tədbir görülməyib?”.

Mirkamil Mürsəlov onu da əlavə edib ki, mərhum qardaşı 1962-ci il mayın 25-də Cəlilabad rayonunda dünyaya gəlib: "Bir oğlu, bir qızı, üç nəvəsi var. Hadisə baş verən gün qardaşımın oğluna cinayət işi açıblar. O, atasının cansız bədənini Polis Şöbəsinin həyətindən götürməyə gedib. Oğlu atasının yanmış bədənini görəndə orda qışqırıb, hay-küy salıb. Deyirlər ki, "sən gəlib Polis Şöbəsində xuliqanlıq etmisən, polisi təhqir etmisən, polis işçilərinə hücum çəkmisən”. Mən də atamın meyitini lap prezidentin yanında görsəm, hay-küy salaram. Buna görə qardaşım oğluna polisi təhqir etmə və xuliqanlıq maddəsi ilə cinayət işi açıblar”.

Mayın 19-da Cəlilabad rayon Polis Şöbəsinin qarşısında özünü yandıran Qarabağ müharibəsinin veteranı və 20 yanvar hadisəsinin iştirakçısı Mirtahir Mürsəlova özünü öldürmə faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə hələ ki saxlanılan yoxdur.

İddialara görə, Mirtahir Mürsəlovun özünə qəsd etməsinə səbəb rayon rəhbərliyinin onun problemlərinə biganə yanaşması olub.

Mərhum mayın 20-də Bakıda 5 saylı xəstəxananın yanıq şöbəsində dünyasını dəyişib.

Yeganə OQTAYQIZI

Xəbər 2436 dəfə oxunub






Oxşar xəbərlər

BU GÜN AŞURADIR - ZİYARƏTGAHLARDA CANLANMA VAR
Ərdoğan ABŞ-la strateji tərəfdaşlığa ümid bəsləyir
Küveyt parlamentinin sədri Azərbaycana gəlib
GÖMRÜK İNSPEKTORU VƏZİFƏSİNDƏN QOVULDU - Rüşvətə görə
Azərbaycanda Neftçilər günüdür
İlyas İsmayılovun oğlu öldürülüb; qatil polis polkovnikidir!
Hindistanda “islam boşanması” qadağan olundu
Bəşər Əsəd də Putinə başsağlığı verib
DGK sədri Səfər Mehdiyev Latviya səfiri ilə görüşüb
Köçəryan Paşinyanı “tez alışıb yanan” meteoritə bənzətdi
40 yaşlı qadını restoranda zorladılar – Bakıda
Çin ABŞ dövlət borcuna yatırımı azaltdı
Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
"Xətai" metrosu bağlanacaq - Vaxtı bilindi
Sirri açılmayan Pasxa adası – FOTO
Avstriyanın vitse-kansleri Azərbaycandadır
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Qələbə bayrağımızı Xankəndinə əsgər Heydər Əliyev asacaq
Müharibə başlasa... - Qarabağın kimə qalacağını Putin deyəcək?
Əli Həsənov yazır: “Paşinyan o sərvətdən öz şəxsi payını istəyir…”
Prezident milli qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı
"Kəmaləddin Heydərovun səhhəti barədə yazılanlar şayiədir" - Füzuli Musayev
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Azad seks
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Tramp "Suriya məsələsi"nə" nöqtə qoyacaq
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR (18+)
Prezident səfiri və 6 əməkdaşını işdən qovdu
Rus müğənnisi Dima Bilan avtoqəzaya düşdü
Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
BÜRCÜNÜZ NƏ DEYİR – 18 sentyabr
Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər
ERMƏNİLƏR ÜZEYİR HACIBƏYOVU BELƏ ÖLDÜRÜB! - VİDEO
Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
Gözlənilən 2020-ci il böhranında ABŞ-ın rolu və…
18 sentyabr – Milli Musiqi Günüdür
Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir - parada ona görə gəlməyib
Tədris ili və Bakının tıxaclı günləri başladı
"Ələt Azad İqtisadi Zona"sı barədə sərəncam imzalandı
“Ermənistan son günlərdə 4-5 hərbçi itirib...” - RƏSMİ
ŞOK OLAY! - Təhsil Nazirliyinin Gəncə ƏMHM-in möhürü və direktoru "yoxa çıxıb" - NİYƏSİ
Şəhərin mərkəzində qızların sinəsində şəkil çəkdi – VIDEO
Əsgər Heydər Əliyev and içdi - VİDEO
111 yaşlı kişinin hələ də məşq edir - FOTO
Gürcüstan Ermənistanın blokadasını gücləndirdi
Bu dərman insan həyatı üçün təhlükəlidir
Trampdan Ukraynadan üzr istəmək tələb olundu
Ərdoğan və Putindən birgə bəyanat - VİDEO (YENİLƏNİB)
ULDUZ FALINIZ – 18 sentyabr
“Soçi görüşü bölgə üçün daha fərqli bir ümid yaradacaq”
Ekspertdən kreditlərlə bağlı vacib açıqlama
İnam Kərimov Gəncədə - ADAU-da yeni dərs ilinin açılışında olub
Azərbaycana payız fəsli nə zaman gələcək?
18 yaşlı tələbə qız ölkə gözəli oldu - FOTO
Fikrət Qocanın nəvəsi Heydər Əliyevlə birgə hərbi xidmətdə - VİDEO - FOTOLAR
Fövqəlnazirin yeznəsi DGK-da işdən çıxarıldı
Ağstafada ŞOK olay - iki maskalı avtomatdan atəş açdı və...
Türkiyədə “Resmi Gazete” bağlanıb
16 yaşlı gənc su quyusuna düşüb öldü
Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11301] initstartout [0.00015] initstartin [0.00064] calstart [0.00838] calend [0.00051] topnewsend [0.00408] rsssend [0.00000] ehgend [0.01003] tagsstart [0.00070] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08847]