"Saatlının icra başçısı mağazamızı əlimizdən alıb, başqasına satıb" - ŞİKAYƏT

  • 25 dek 2019, 09:18
Göyçay rayonu Qarabaqqal kənd sakini Quliyeva Cəmilə Niyazi qızı "Demokratik.Az" saytına göndərdiyi şikayətdə qeyd edir ki, Saatlı rayon İcra hakimiyyəti başçısı Nazim İsmayılov və qardaşı Namiq ailələrinə məxus mağazanı saxtakarlıqla başqa şəxsə satıb onları aldadıblar.
Şikayətçi bunları yazır: "Mərhum həyat yoldaşım Mikayılov Məcid Məhəmməd oğlu 15 il əvvəl Göyçay şəhərinin Nizami küçəsi ərazisində yerləşən Saatlı rayon icra başçısı Nazim İsmayılova məxsus "Ticarət Mərkəzi” adlı paltar bazarından yer alıb öz vəsaiti hesabına maqazin inşa etdirdi. Həmin yeri ona bazarın rəhbərliyi satmışdır.15 il orada sahibkarlıq fəaliyyəti ilə məşğul oldu. Həmin maqazini öz vəsaiti hesabına inşa etdirsə də, bazarın rəhbərliyinə hər ay yerpulu adı ilə 250 manat pul ödəyirdi. Həmin bazar icra başçısı Nazim İsmayılova məxsus olsa da rəhbərliyi qardaşı Namiq İsmayılov edir. Həmin palar bazarında təxminən 300 dən çox maqazin var. Hər bir sahibkarla özlərinin tərtib etdikləri icarə müqaviləsi bağlayıblar. Onu da qeyd edim ki, oradakı maqazinlərin hamısını işlədən sahibkarlaq öz vəsaitləri ilə inşa ediblər və hər ay biznesmen icra başçısına yer pulu ödəyirlər.
Həyat yoldaşım Mikayılov Məcid Məhəmməd oğlu xəstə olduğu üçün bir müddət həmin maqazini işlədə bilmədi, 24.01.2017-ci il tarixdə ürək  xəstəliyindən dünyasını dəyişdi. Başımız onun yas mərasiminə qarışdı və həmin maqazinlə bir müddət maraqlanmadıq. Oğlum işsiz olduğu üçün istədi ki, atasının maqazinini açıb işlətsin həmin vaxt direktor Namiq İsmayılov ona dedi ki, atan ölməmişdən əvvəl maqazinin pulunu verib ondan almışıq.  
Mən bunun yalan olduğunu bilib ona iradımı bildirib dedim ki, almısınızsa hansı sənədə imza edibsə  təqdim edin cavabında isə bizə dedi ki, "narazılığınız varsa gedin məhkəməyə müraciət edin”.
İcra başçısının qardaşı Namiq İsmayılov bizi məhkəməyə ona örə yönəldir ki, oğlu Natiq İsmayılov Göyçay rayon Məhkəməsində işləyir. Həmdə Göyçay şəhərindəki villalarının birini pulsuz qalmaq üçün Göyçay rayon məhkəməsinin sədri Zəfər Quliyevə veriblər. Həmçinin bazarın faktiki sahibi biznesmen icra başçısı Nazim İsmayılovun kəsdiyi başa sorğu-sual yoxdur.
Qeyd edim ki, icra başçısı Nazim İsmayılova məxsus olan həmin "Ticarət Bazarı” adlı paltar bazarında 300 dən çox maqazin olsada heç birində kassa nəzarət aparatı yoxdur, işçilərlə əmək müqaviləsi bağlanmayıb, sığorta edilməyib, istifadə edilən işığa görə elektirik sayğacı yoxdur. Hər bir maqazindən ayda 250-300 manat yer pulu yığılır. Biznesmen Nazim İsmayılov belə saxtakarlıq yolu ilə dövlətə küllü miqdarda ziyanlar vursada onlara gözün üstə qaşın var deyən yoxdur.
Heç bir dövlət qurumu orada təftiş apara bilmir. Çünki bazarın sahibi biznesmen icra başçısı Nazim İsmayılovdur.

Həmçinin onuda qeyd edim ki, icra başçısının qardaşı Namiq İsmayılov uzun müddət idi ki, Göyçay rayon Məşğulluq Mərkəzinin müdiri vəzifəsində işləyirdi.

Bu ilin avqust ayı tarixində nazirliyin apardığı yoxlama nəticəsində 400.000 manat vəsaiti mənimsəməsi faktı aşkarlandı deyə onu işdən çıxardılar. Biznesmen icra başçısı Nazim İsmayılov burada da özünü göstərib cinayət törətmiş qardaşının həbsinin qarşısını alıb onun Ucar rayon Məşğulluq Mərkəzinə müdir müavini vəzifəsinə təyin etdirə bildi. Ancaq Namiq İsmayılov həmin vəzifəni bəyənməyib işə getmədi və öz ərizəsi ilə işdən çıxdı.

İndi bu saxtakar, talançı, biznesmen icra başçısı Nazim İsmayılov və onun qardaşı Namiq İsmayılov həyat yoldaşımın vəfat etməsindən sui-istifadə edib bizim ailəyə məxsus maqazinin dalına keçib başqa şəxsə satıblar. Bunlar o qədə həyasızlaşıblar ki, ölmüş şəxsin adından utanmadan yalan danışırlar.
Mən Göyçay rayonu Hacalı kənd kənd tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləyirəm. And olsun o bir olan Allah ki, icra başçısı Nazim İsmayılov və onun qardaşı Namiq İsmayılov tam yalan deyirlər, onlar həyat yoldaşımın vəfatından sui-istifadə edib ona pul verməyib, maqazini ondan almadan ona məxsus maqazini qanunsuz olaraq başqa şəxsə satıblar. Əgər həyat yoldaşım həmin maqazini onlara satmış olsaydı bunu ailə üzvüləri bilərdi hansısa bir sənədi imzalayardı. İsmayılov qardaşlarının sözünə inansaq onda belə çıxır ki, həyat yoldaşım ölməyinə bir-neçə dəqiqə qalmış həmin maqazini onlara satıb. Nazim İsmayılovun gözü doymur ölmüş şəxsin malına göz tikir. Təkcə Göyçay rayonunda ona məxus çoxlusayda maqazinlər, otellər, şadlıq evləri, yanacaqdoldurma məntəqəsi və möhtəşəm villalar var.

Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm mənə kömək edin həyat yoldaşımın ölüməsindən istifadə edib maqazinimizi ələ keçirib başqa şəxsə satmış icra başçısı Nazim İsmayılovun və onun qardaşı Namiq İsmayılovun barəsidnə ciddi tədbirlər görəsiniz.Həmin Ticarət Mərkəzində vergidən yayınma, əmək müqaviləsiz işlədilmə, elektirik sayğacı olmadan elektirik enerjisindən istifadə etmə, şişirdilmiş qiymətə yer pulu almaq və sairə qanunsuzluq faktlarının obyektiv araşdırılmasına tapşırıq verməyinizi xahiş edirəm".

Demokratik.Az

Oxşar xəbərlər