ADAU-nun qəzaya düşən avtobusu barədə - RƏSMİ

  • 24 dek 2019, 09:54
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "Demokratik.Az"-ın "ADAU-nun "itkin düşmüş" avtobusu tapıldı - Fotolar" sərlövhəli xəbərinə və aidiyyatı müraciətinə rəsmi reaksiya verib.

 

Nazirlikdən saytımıza daxil olan cavab məktubunu diqqətinizə çatdırırıq: "Sizin Azərbaycan Dövlət Aqrar Universitetinə məxsus "Hyundai County" markalı 20-AE-334 dövlet qeydiyyat nişanlı avtobusla bağlı Azerbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığınız 2019-cu il 8 noyabr tarixli müraciətə aidiyyatı üzrə baxılmışdır. Bildiririk ki, qeyd edilən avtobusa yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi məqsədi ilə Goranboy rayon Məhkəməsinin 2017-ci il 31 yanvar tarixli hokmü ilə 35000 (otuz beş min) manat pul vəsaitinin Universitetə ödənilməsi qərara alınmışdır.
Cavabdehin hələ də öhdəliyini yerinə yetirməməsinə baxmayaraq avtobusun təmiri həyata keçirilməkdədir. İşlək vəziyyətdə olmayan nəqliyyat vasitəsinə yol vərəqələrinin yazılması, habelə cavabdeh tərəfindən ödənilmiş vəsaitin mənimsənilməsi barədə xüsusatlar təsdiqini tapmamışdır".
Xatırladaq ki, sözügedən avtobus 2015-ci ilin noyabrın 10-da axşam saatlarında Goranboy rayonu ərazisində Bakı-Gəncə marşurutu ilə hərəkət edən "Mercedes” markalı avtobusla toqquşub. Qəza zamanı "Hyundai”da olan 15 tələbə də müxtəlif bədən xəsarətləri alıb. Aradan 4 il ötsə də, avtobus hələ də təmir edilməyib.
"Demokratik.Az" saytı Kənd Təsərrüfatı Nazirliyinə xəbərə həssas münasibətdən dolayı sayğısını ifadə edir...
Demokratik.Az 

 



Oxşar xəbərlər