"Şakro Molodoy" "qanuni oğru"ları barışdırdı

  • 23 dek 2019, 20:15

Rusiyada həbsdə olan "Şakro Molodoy" ləqəbli nüfuzlu "qanuni oğru" azadlıqdakı kriminal avtoritetlər arasında sülh yaratmağa nail olub.

BAKU.WS xəbər verir ki, bu barədə "Praym Kraym" saytı yazıb.

Məlumata görə, "Şakro Molodoy"un müdaxiləsindən sonra "Kutaisi oğru"ları "Quram" (Kvezhoviç) və "Çuradze" (Şoşia) arasındakı mübahisəyə son qoyulub.

Tərəflər arasındakı düşmənçilik "Quram"ın "Çuradze"yə İtaliyada onu döyən Vatiya və Qoalianidən intiqam almaq istədiyini deməsindən sonra başlayıb.

"Quram" Mateviç, Rezo, Beso, Ramaza, Entso adlı "qanuni oğrular"ı bir araya gətirərək "Çuradze"ni oğru statusundan məhrum etmək istəyib. Məhz "Şakro Molodoy"un müdaxiləsindən sonra kriminal avtoritetlər arasında mübahisə dayanıb və tərəflər bir-birinə qarşı düşmənçilikdən vaz keçiblər.

Oxşar xəbərlər