Ermənistanda redaksiyaya basqın edildi

  • 19 dek 2019, 14:46

Dekabrın 19-na keçən gecə naməlum şəxslər Ermənistanın aparıcı qəzetlərindən biri olan "Joxovurd”un (Xalq) redaksiyasına basqın ediblər.

Məlumatı nəşrin baş redaktoru Knar Manukyan özü yayıb.

"Burda hər şeyi alt-üst ediblər, mənim kabinetim qarma-qarışıqdır. Sanki naməlum şəxslər burda nə isə axtarıblar. Mən nə axtardıqlarını bilmirəm, ancaq bu qarət məqsədli bir basqın deyil, çünki bütün qiymətli əşyalar öz yerindədir”, - deyə o bildirib.

Hazırda bir neçə yerli sayt qəzet redaksiyasından canlı yayım edir, hadisə yerində polis işçiləri çalışır.

Oxşar xəbərlər