Gəncə Dəmiryolu Xəstəxanasında dərmanları KİM VƏ HARA DAŞIYIR? - VİDEOFAKT

  • 18 dek 2019, 00:38

Gəncə Dəmiryolu Xəstəxanasında qəribə hadisə baş verib. 

Naməlum şəxs Gəncə Dəmiryolu Xəstəxanasının həyətində VAZ 21-015 markalı avtomaşına dərman karobkaları yerləşdirərək harasa daşıyır. Hadisə günün günortasında, lap xəstəxana işçilərinin gözü önündə baş verir, tibb işçiləri tərəfindən də qeydə alınır. Və anlaşılır ki, baş həkim Vidadi Seyidov özü buna şərait yaradıb.

"Demokratik.Az" bildirir ki, videosüjetdə "dərman oğrusu" ilə bu çəkilişi edən xanım tibb personalı arasında maraqlı dialoq baş verir. Qadınlardan biri xəstəxananın pəncərəsindən həyətdəki naməlum dərman "oğrusu"na səslənərək deyir: 

- Ay oğlan, o dərmanlar hara gedir ?!

- Xala cərrahiyyəyə gedir, sizə nə lazımdı ?!

- Dəqiq cərrahiyyəyə gedir ?

- Yox, evə gedir...

- 100 faiz, əminik...

-   Gedin kimə deyirsiz deyin...

- Kimə istəyirik deyək?.. yaxşı nə deyirəm...

Bu dialoqdan sonra şəxs maşına minərək naməlum istiqamətə gedir. Xəstəxananın işçiləri öz aralarında danışığa davam edirlər: "Bunu Vidadi öyrədib, deyirəm. Çəkiliş olduğunu bilir, qorxmur da..."!

 


 

Demokratik.Az

 

Oxşar xəbərlər