Gəncədə DSMF-nin xidməti maşını yol hərəkəti qaydalarını pozub -VİDEO

  • 06 dek 2019, 17:39
Ötən gün axşam saatlarında Gəncənin Şah İsmayıl Xətai prospektində AZ 20 AA 599 dövlət nömrə nişanlı inomarka avtomobil işıqforun əmrinə və yol hərəkəti qaydalarına riayət etmədən qanun pozuntularına yol verərək ətrafdakıların diqqətini çəkib. Məmur sürücüsünün sükan arxasında inzibati qayda pozuntusu ilə müşaiyət olunan davranışları sakinlərdən birinin mobil telefonu ilə qeydə alınıb.
Demokratik.Az "DünyanınSəsi” – nə istinadən məlumatına görə, videoçəkilişdən aydın olur ki, DSMF-nin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin müdirinin xidməti maşını olduğu bildirilən avtomaşın özbaşına qarşı tərəfin yoluna çıxır, əlində çubuqla maşınlara anlaqsız istiqamətlər müəyyənləşdirən jiletli bir şəxsə yaxınlaşaraq ona pul verir. Naməlum DYP "əməkdaşı” isə pulu arxa cibinə qoyaraq başqa maşınları "ovlamağına” davam edir.
Sözügedən avtomaşının qeyri-qanuni hərəkətlərində xidməti maşına qanunla qadağan edilən, səsgücləndirici vasitələrlə xüsusi quraşdırılmış SERENA siqnalı da təəssüf doğurur. Hadisə zamanı DSMF-nin şöbə müdiri Ülfət Məmmədovun da maşında olduğu bildirilir.
İnanırıq ki, bir dövlət məmuruna və xidməti sürücüyə yaraşmayan avtoxuliqanlığa meyilli hərəkətlərə aidiyyatı qurumlar tərəfindən reaksiya veriləcək, qeyd edilən inzibati qanun pozuntuları araşdırılacaq, "AZ 20 AA 599” dövlət nömrə nişanlı avtomobil barədə zəruri tədbirlər görüləcək.

Oxşar xəbərlər