Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin
müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində
atəşkəs rejimini 23 dəfə pozub.
Bu
barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Ermənistan Respublikası İcevan rayonunun Ayqeovit kəndində
yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində, Berd rayonunun
Çinari, Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq,
Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə
tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam
rayonunun Tağıbəyli, Mərzili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və
Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan
ordusunun mövqeləri atəşə tutulub.