Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı

  • 16 noy 2019, 10:52
Gəncə şəhərində həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirən şəxs saxlanılıb.

Demokratik.Az "Report"a istinadən xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən Salyan şəhər sakini, 1986-cı il təvəllüdlü Zaur Vaqif oğlu Orucov polis əməkdaşları tərəfindən yaxalanıb.

Qeyd edək ki, Z.Orucov şəhərin Zülfü Hacıyev küçəsində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Nuranə Vəfa qızı Quliyevanı şəxsi münasibətlər zəminində bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.
Oxşar xəbərlər