Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

04:55 - 09.12.2019  
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Tarix: 14-11-2019, 09:37 | Bölmə: Xəbərlər » Kriminal

İşğalçı ölkə savaşsız da çökə bilər; Paşinyan üçün "daşları yığmaq zamanı” yetişdi; erməni mediası: "Gənclər yenə də xoşbəxt həyat üçün xaricə qaçır...”

Ermənistanın inqilabçı hökuməti "pripiska” siyasətinə keçib. Düşmən ölkədən gələn xəbərlərə görə, inqilab öncəsi verdiyi böyük vədləri boşa çıxan baş nazir Nikol Paşinyan buna adekvat olaraq, reytinq itkisi ilə üzləşib. Aparılan müstəqil sorğulara görə, Paşinyana etimad azalmaqda davam edir.

Bu da təbiidir. Çünki son ilyarımda ölkənin makroiqtisadi göstəriciləri, əhalinin güzəranı yaxşılaşmayıb. Rəsmi statistik rəqəmlərə görə, hətta bəzi sosial-iqtisadi göstəricilər daha da pisləşib. O sırada ölkədən kütləvi köç azalmayıb, xarici borclar artıb, Ermənistana böyük sərmayə yatırımına nail olunmayıb. Hökumət isə ya bunları görməzlikdən gəlir, ya da onların müvəqqəti olması haqda bəyanatlar verir. Yəni narazı xalqdan bir az daha möhlət istəyir.

Son vaxtlar siyasi müşahidəçilər Paşinyanın selfiləri, həmçinin facebookda canlı yayımları artırdığına da diqqət yönəldirlər. Səbəb kimi həm də 10 gün əvvəl ona təqdim edilən yeni bir sosial sorğu göstərilir. "Past” qəzeti yazıb ki, sorğunun nəticəsi Paşinyanı əsəbiləşdirib. Nəticədə o, sorğunu yenidən yoxlamağı və yeni sosial sorğu keçirməyi sifariş edib. Sorğuya əsasən, baş nazirin reytinqi 21%-23% həndəvərində olub. Paşinyan artıq özünün ən etibarlı adamlarına reytinqinin daha da düşməməsi üçün ona gələcək fəaliyyət proqramını təqdim etməyi tapşırıb.

*****

Baş nazirə qarşı etimadın enməsi təbiidir. Erməni qaynaqları yazır ki, ölkədə büdcə kəsirinin aradan qaldırılması məqsədi ilə Dünya Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumları ilə danışıq davam edir və ilin sonunadək təxminən 150 milyon dollar həcmində kreditin alınması planlaşdırılır. Qeyd edilir ki, hökumətin ilyarımlıq fəaliyyəti nəticəsində dövlət borcu artmaqda davam edib. Müxalifəti isə hökuməti artan borclanmalara qarşı qeyri-konstruktiv fəaliyyətdə ittiham edir. O da var ki, beynəlxalq maliyyə qurumları krediti yalnız onu qaytarmaq potensalında olan ölkələrə ayırır. Dünya Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumları isə bilirlər ki, Ermənistan onlara pul qaytarmaq gücündə deyil.

Bu arada Ermənistanda cari ilin ilk on ayı üçün aparılan hesablamalara görə, ölkədən miqrasiya edənlərin sayının artdığı məlum olub. Statistikaya görə, ölkədən əhalinin köçü davam edir. Paşinyan isə 2050-ci ilədək əhalinin sayının 5 milyon olmasını strateji plan kimi açıqlayıb. Hazırda ölkə əhalisi 2,9 milyondur. İqtisadçılar isə hökumətin və Paşinyanın dediklərini ciddi qəbul etmirlər.

Erməni iqtisadçısı Tadevos Avetisyan deyib ki, təkcə son üç ay ərzində əmək bazarında 51 500 nəfər işsiz azalıb. Bu tendensiya əsasən mühacirətin nəticəsidir. Yalnız son bir neçə ay ərzində rəsmi qeydiyyata alınmış işsizlərin 20 faizi başqa ölkələrdə iş taparaq Ermənistanı tərk edib. İşsizlər daha yaxşı həyat axtarışı üçün ölkəni tərk edirlər.

*****

"Ermənistanda işsizlik azalıb. Ona görə yox ki, yeni iş yerləri yaradılıb, ona görə ki, insanlar öz ölkəsində alternativ olmadığı üçün buranı tərk etməyə və xaricdə iş axtarmağa üstünlük veriblər”. "Yeni Müsavat” xəbər verir ki, bu barədə armenianreport.com-da dünən getmiş baş məqalədə deyilir.

Müəllif Tevos Arşakyan daha sonra yazır: "Erməni gəncliyini öz ölkəsində yaxşı heç nə gözləmir - nə siyasətdə (əgər Paşinyanın alovlu tərəfdarı deyilsənsə, hökumətdə və parlamentdə sənə yer olacaq), nə də ictimai həyatda və məişətdə yerin olacaq! Necə ki, bir-iki il öncə onun üçün perspektiv yox idi, yenə yoxdur. Bu sözlərin təsdiqi üçün qəmli bir statistika gətirəcəyəm: Milli Statistika Komitəsinin ötən həftə açıqladığı məlumata görə, Ermənistan əhalisinin sayı 1 oktyabr 2019-cu il üçün ötən ilin analoji dövrü ilə müqayisədə 11.7 min nəfər azalıb. Bu, doğrudan da kədərlidir. Axı ölkədən ilk növbədə gənclər gedir.

Hakimiyyət tez-tez bəyan edir ki, ölkədə iqtisadi durum ötən illə müqayisədə yaxşıdır, guya iqtisadi göstəricilər yaxşılaşıb, yeni iş yerləri açılıb. Reallıqda isə biz tam başqa mənzərəni görürük. Bütün dünyadakı kimi, bizim gənclər də istəyirlər ki, onların hüquqları qorunsun, haqqı yaxşı ödənilən iş yeri olsun, yaxşı təhsil alsınlar, keyfiyyətli tibbi xidmət görsünlər. Bütün bunlar Ermənistanda varmı? Təəssüf, yox. Ona görə gənclik xoşbəxt həyat üçün ölkədən qaçır. Düzdür, əksəriyyət Rusiyada oturuşur, amma son illər onlar daha çox Avropaya və ABŞ-a üstünlük verirlər”.

Məqalədə daha sonra Paşinyanın verdiyi vədləri tutmadığı qeyd edilir. "Rəsmi rəqəmlərə baxanda il ərzində ölkə əhalisi 11.7 min nəfər azalıb. Əlbəttə ki, burada əhalinin təbii azalmasının (ölüm faizinin doğum faizini üstələməsinin) də təsiri var, ancaq əsas səbəb gənclərin ölkədən köçüdür”, - deyə müəllif sonda təəssüflə vurğulayır.

*****

Nikol Paşinyanın iqtisadi siyasətinin uğursuzluğunun kökündə şübhə yox ki, problemlərin problemi - həll olunmayan Dağlıq Qarabağ konflikti və bundan irəli gələn blokada rejimi, davam edən müharibə vəziyyəti dayanır. Yan səbəblər sırasında varlı erməni lobbisinin işğalçı ölkəyə hələ də böyük sərmayə yatırmaq istəməməsi də var.

Bu xüsusda ingilisdilli erməni qəzeti olan "İrates” iki gün öncə N.Paşinyanın son ABŞ səfəri ilə bağlı bəzi maraqlı detalları açıqlayıb. Onlardan biri də budur ki, Los-Ancelesdə erməni iş adamları ilə görüşdə Paşinyanın çıxışı o dərəcə sönük və populist tonda olub ki, erməni biznesmenlər çıxışın hətta yarısındaca zalı tərk edərək gediblər. Gedəndə isə bu sözləri deyiblər: "Nikol boş-boş danışır. O, konkret heç də demədi...”

Sadalanan faktlardan gəlinən qənaət belədir ki, Paşinyan hakimiyyəti dönəmində də Ermənistanın sosial-iqtisadi durumu yaxşılaşmayacaq - əgər Qarabağ ixtilafının həllində ciddi və real dönüş olmasa. İşğalçı ölkə üçün müharibədən qorxulu gerçək də elə budur - getdikcə dərinləşən iqtisadi fəlakət. Bu minvalla o, müharibəsiz də çökəcək...   

"Yeni Müsavat”ın analitik xidməti

Xəbər 452 dəfə oxunub






Oxşar xəbərlər

Həbs olunan azərbaycanlı milyarder ən sərt rejimli həbsxanaya salındı
Kimyəvi maddə daşıyan sistern aşıb, ölənlər var
Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi (FOTO)
Ramiz Mehdiyevin adı "Meydan hərəkatçısı" kimi çəkilir
Altay maralları Azərbaycanda: onları kim və hansı məqsədlə gətirib...
Cəlilin yazısı: "Yalana sığınıb yaşayanlar.."
ŞOK! Laçınlı sabiq məmur özünü niyə asdı?
Ziya Bünyadovun oğlu dünyasını dəyişdi
"Yuventus" mövsümdə ilk məğlubiyyətini alıb
ABŞ-dan Rusiyaya ağır ittiham: “PUA-mızı onlar vurub…”
Bu gün SAT imtahanı keçirilir
Tiflisdə YDM-də yanğın olub, xəsarət alanlar var
Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ
AÇIQLAMA GƏLDİ! Polis Gəncədə DSMF-nin qayda pozan xidməti maşını barədə tədbir görüb
"Gündəlik Bakı" qəzetinin baş redaktoru azadlığa buraxılıb
Alman polisinin həbs etdiyi Əlövsət Əliyevdən xəbər var
Etibar Məmmədovdan AÇIQLAMA - Seçkilərə qatılmayacaq
Yevda Abramov kimdir? - DOSYE
Fazil Məmmədovun gedişinin 2 ili - vergi sistemində nələr dəyişdi
BU HİYLƏ ADAMLAR, YALTAQ ADAMLAR…
Cavid Qurbanovun adı dələduzluqda hallandı - ŞİKAYƏT VAR
DEPUTAT YEVDA ABRAMOV VƏFAT ETDİ
Putin yenə alman dilində danışdı
Azərbaycan ziyalılarının həyatı Suriya qaçqınlarından dəyərsiz oldu?
Ərdoğan Avropanın ilk eko-məscidinin açılışında iştirak edib
Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib
Elmar Vəliyevi vuran Yunis Səfərovun İŞİ MƏHKƏMƏDƏ
Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
Gəncədə DSMF-nin xidməti maşını yol hərəkəti qaydalarını pozub -VİDEO
Bitərəf deputatlardan növbədənkənar seçkidə iştirakla bağlı CAVABLAR
Qərbi azərbaycanlıların deportasiyasının 31-ci ili
Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
Mənzil İnşaat Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin edilib
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
Prezident növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM
"Manenin dördüncü olması ayıbdır" - Messi
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
Şəmkir sakinləri: "Prezidentimiz bayramımıza bayram qatdı"
Polis polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytarılıb
“KEÇMİŞ HƏMKARIM ÇAPOVULÇULUĞA GİRİŞİB...” - Vilayət Quliyev sabiq naziri oğurluqda ittiham etdi
BDU -nun tələbələri siçan dərmanından zəhərlənib ?
500 milyon dollarllıq Gəncə-Gürcüstan sərhədi yolu 2021-ci ildə yekunlaşacaq
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Misir Mərdanov deputat olmaq istəyir
Müxalifət Müsavat qərargahından qərarsız ayrıldı - rəylər
Nazirlər Kabineti gömrük rüsumlarına dəyişiklik etdi - QƏRAR
Konstitusiyada qeyd olunduğu kimi...
Putin Vuçiçə Serbiya kralının silahını hədiyyə edib
Çində 4,5 maqnituda gücündə zəlzələ olub
ATƏT-in XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə edəcək
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı
Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər - İddia
Bred Pitt hər gün ağlayır - NİYƏSİ
İsmayıllıda hamilə qadın hamamda ölü tapıldı
Milli Məclisdən 250 milyonluq tenderlə bağlı açıqlama - TƏKZİB
Naftalana icra başçısı təyin edilən 39 yaşlı Vüqar Novruzov kimdir? - DOSYE
Boris Conson: Böyük Britaniya NATO-ya möhkəm bağlıdır
Prezident iki rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
Konstitusiya Məhkəməsi Parlamentin buraxılmasını təsdiqləyib
Fəzail Ağamalı: "Milli Məclis nə qocalar evidir, nə də cavanlar klubu"
İnam Kərimova yeni vəzifə verildi
Milli Məclis qanunvericilik fəaliyyətini dayandırdı
Şimali Koreya lideri ağ atda gəzdi
Zakir Həsənov ön xəttə getdi - FOTOLAR
YAP-ın İRADƏSİNƏ QARŞI ÇIXAN DEPUTATLAR DANIŞDI
Tural Gəncəliyevin Brüsselə səfəri başlayıb
İŞİD liderinin müavini İraqda tutulub
Bəzi saytların yayımına qadağa qoyulub - Məhkəmə qərarı
“Mühacir biznesi”nə görə həbsdə olanları alman vəkillər müdafiə edəcək

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.33410] initstartout [0.00023] initstartin [0.00124] calstart [0.01488] calend [0.00074] topnewsend [0.00653] rsssend [0.00000] ehgend [0.00902] tagsstart [0.00089] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.30052]