Gəncə sakini kanalizasiya quyusuna yıxılıb

  • 07 noy 2019, 08:55

Gəncədə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Krılov küçəsində qeydə alınıb. Şəhər sakini, 1988-ci il təvəllüdlü Natiq Əliyev sözügedən küçədə yıxılaraq kanalizasiya quyusuna düşüb və xəsarət alıb. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanadan bildirilib ki, N.Əliyevin vəziyyəti orta ağır olaraq.qalır.

Qeyd edək ķi, hadisə baş verən ərazidə su-kanalizasiya xətlərinin çəkilişi ilə bağlı bir müddətdir təmir-tikinti işləri gedir.

Oxşar xəbərlər