Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

08:22 - 12.12.2019  
Kəlbəcərli girovlardan YENİ XƏBƏR
Tarix: 25-09-2019, 09:51 | Bölmə: Xəbərlər » Kriminal

Ermənistanın son cavabı necə olacaq?

Kəlbəcərli girovlardan YENİ XƏBƏRBeynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağda girov saxlanılan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüb.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib ki, komitədən başçəkmə barədə ona məlumat verilib. Bildiriblər ki, BQXK nümayəndələri öz mandatına uyğun olaraq sentyabr ayında Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüblər: "Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüş baş tutduqdan dərhal sonra ailələrin narahatlığını nəzərə alaraq, komitə əməkdaşları mənimlə əlaqə saxlayıblar. Bildirdilər ki, atanızla görüşmüşük, səhhəti normaldır, narahat olmayın. Həmçinin dedilər ki, əlavə məlumatlar-məktub, video olub-olmadığı ilə bağlı yaxın günlərdə sizə məlumat verəcəyik. Biz də onlardan yeni məlumatlar gözləyirik”.

K.Əsgərov həmçinin Azərbaycan tərəfinin Dağlıq Qarabağda saxlanılan azərbaycanlıların "hamının-hamıya” prinsipi ilə dəyişdirilməsilə bağlı təkliflərini Ermənistan tərəfinin müzakirə etdiyini prosesdə müsbət irəliləyiş hesab edir: "Ölkə başçısının apardığı uğurlu siyasətin nəticəsi olaraq, aidiyyəti dövlət qurumları, vətəndaş cəmiyyətinin nümayəndələri, hüquq müdafiəçiləri girovların azad olunması istiqamətində müxtəlif platformalarda, beynəlxalq təşkilatlarda daimi olaraq məsələ qaldırırlar. Mən inanıram ki, cənab prezidentin apardığı siyasət nəticəsində atam Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanda saxlanılan erməni diversantlarla dəyişdiriləcəklər. Bildiyiniz kimi, Rusiya və Ukraynada da ”hamının-hamıya" prinsipi ilə dəyişdirilmə prosesi baş tutdu. Ermənistan baş nazirinin köməkçisi bu yaxınlarda Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsinin istisna olmadığını açıqladı. Ermənistanın müdafiə naziri belə bir açıqlama verdi ki, Azərbaycanda saxlanılan erməni diversantların Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilməsinə razıdır. Dərhal sonra Ermənistanın Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirərək, dəyişdirilmə prosesini dəstəklədiklərini bəyan etdi. Mən ümid edirəm ki, yaxın vaxtlarda Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanda saxlanılan erməni diversantlarla dəyişdiriləcək".

Şahbaz Quliyevin qardaşı Manaf Quliyev modern.az-a açıqlamasında qardaşı barədə komitə tərəfindən məlumatlandırıldığını qeyd edib: "Ötən həftə görüşüblər. Amma hələlik məktub almamışıq. Bildirdilər ki, yaxın günlərdə bu barədə məlumat veriləcək”.

Girovların erməni diversantlarla dəyişdirilməsi ilə bağlı məlumatlara gəlincə, M.Quliyev belə müzakirələrin ilk dəfə aparılmadığını diqqətə çatdırıb: "Belə müzakirələr çox olub, amma hamısı da nəticəsiz qalıb. Bizimkilər deyir ”dəyişək", amma görünən odur ki, ermənilər razı deyil. Danışıqlar getsə belə, bu barədə bizə məlumat verilməyib, nə də bizimlə məsləhətləşən var. Qardaşımgil artıq 5 ildir düşmən əlindədir, bu qədər dözüblər, çox əzab çəkiblər. Qardaşımın geri qayıtmağını çox arzulasam da, nədənsə nagümanam. Düşmənə arxayın ola bilmirəm".

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni hərbçilər Karen Kazaryan və Araik Kazaryan ilə mübadilə edilməsinə Azərbaycan tərəfinin hazır olması barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası növbəti dəfə aidiyyəti beynəlxalq təşkilatlara 2019-cu il sentyabrın 11-də rəsmi məlumat verib.

Dövlət Komissiyası Azərbaycanın beynəlxalq humanitar hüququn norma və prinsiplərinə daim əməl etdiyini yenidən diqqətə çatdırıb, 2019-cu il sentyabrın 7-də Rusiya Federasiyası və Ukrayna arasında əsirlərin "hamının-hamıya” prinsipi ilə mübadiləsini yüksək insanpərvərlik aktı kimi təqdir edərək bu humanizm nümunəsinə uyğun olaraq Azərbaycan və Ermənistan arasında əsir-girovların eyni prinsip əsasında qısa müddətdə azad edilməsinə tərəfdar olduğunu bir daha bildirib.

Azərbaycan tərəfi dəfələrlə humanizm prinsiplərindən irəli gələrək əsir və girovların dəyişdirilməsi ilə bağlı addımların atılmasının zəruriliyini qeyd edib. Lakin Ermənistan müxtəlif bəhanələrlə bu təşəbbüsdən qaçıb. Girovların qaytarılması məsələsində ermənilər oyun oynayır. Ermənistan bir tərəfdən qeyd edir ki, danışmağa hazırıq, ancaq "Dağlıq Qarabağ” rejimi bunun əleyhinədir. Bununla da faktiki olaraq, qondarma rejimi tərəf kimi ortaya gətirmək niyyətindədirlər. Əslində Ermənistan bu addımı ilə mövqeyini yumşaltmaq istəmir.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Qarabağda qurulan "məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər 831 dəfə oxunub






Oxşar xəbərlər

12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!
"HANSI MİRŞAHİN DÜZ DANIŞIR?" - Eynulla Fətullayev də Mirşahini vicdanlı olmağa çağırdı
Bakıda övladlarına işgəncə verən ata həbs edildi
İlham Əliyev Prezident Administrasiyasında yeni təyinat etdi
“VAZ" piyadanı vurub öldürdü - Maştağada
“Şərurlu İsfəndiyar” şirkəti ilə bağlı Prezidentə edilən şikayətdən danışdı, sakinləri ittiham etdi
Ölkədən qaçan məmur bu şəxslərin yaxınıdır
Bu qədər pirotexniki məmulatlar gömrükdən necə keçirilir? - MÜRACİƏT
Çexiya Sarkisyanın qardaşı oğlunu İrəvana təhvil verəcək
"EUROHOME" QƏSDƏN YANDIRILIB, YOXSA...?
Nə vaxta qədər BOYKOT? – İdeal seçki olmayacaq, amma...
TDƏŞ ölkələrinin sahibkarlar üçün ortaq biznes portalı yaradılıb
YAP-ın yeni namizədlər siyahısında kimlər olacaq?
Rusiyada zəncirvarı qəzada 48 avtomobil toqquşub
Stalini necə qoruyurdular? – təzadlı rəylər
Növbəti illərdə referendum keçirilə bilər - səbəb
DSX "Ceyrançöl"də baş verən insidentlə bağlı məlumat yayıb
Cəbhədə atəşkəs pozulub
Vasif Talıbovun gözlənilən qərarına Bakıdan İZAHAT
Bakıda fövqəladə yanğın - “EuroHome” niyə kül oldu...
RƏZALƏT! ADAU rektoru akademik məsləhətçilər seçəndə gender bərabərliyini və təlimatı niyə pozub?
Dünya ölkələrinin xarici borc bəlası - Azərbaycan şükür içində
Sərdar Cəlaloğlu: “...Siyasətdən getməsəm, insan deyiləm”
“Kuklaoynadanlardan qurtulmuşuq” – Milyarder Fərhad Əhmədov iqtidara “yol xəritəsi” təklif edir!
Azərbaycanlı professora 4 milyon avro mükafat
Azərbaycanlı modeldən Dubayda seksual – FOTOSESSİYA
Anar Ələkbərov Oqtay Gülalıyevlə bağlı Aslan İsmayılova zəng vurdu
Ağ Ev: Trampa qarşı ittihamlar yalandır
Bakıda "KamAZ" iki tələbəni vuraraq öldürüb
HAMI DEPUTAT OLMAQ İSTƏYİR, BƏS SEÇİCİ KİM OLACAQ?
Əbu Bəkr məscidi yenidən açılacaq - RƏSMİ
Azərbaycanın keçmiş nazirinə heykəl qoyuldu - Fotolar
Bakıda ticarət mərkəzi yanır - Video
Putin prezident olmayacaq - Simonyan
Mənsimov Gülalıyevin oğlunun iddiasına cavab verdi
2018-ci ildə silah satan şirkətlər 420 milyard dollar qazanc əldə ediblər
Lavrov Vaşinqtonda Trampla görüşəcək
Naxçıvan parlamenti də buraxıldı: Ali Məclisə seçkilər keçiriləcək - SƏRƏNCAM
“Gültəkin Hacıbəyli bir nəfərin ağzına baxır…”
Gültəkin Hacıbəyli İsa Qəmbərin köhnə təklifini "xırdaladı"
Ermənistanın yazadək vaxtı qalıb - 9 fevraldan sonra...
MM yararsızdır? Bu nə hoqqabazlıqdır?
“Sevilya” səfərdə heç-heçə oynayıb
Müxalifət olmaq niyə çətinləşib?
Ata ögey ana ilə birgə azyaşlı övladlarına dəhşətli işgəncələr verdi - Ağcabədidə ŞOK OLAY
Həbs olunan azərbaycanlı milyarder ən sərt rejimli həbsxanaya salındı
Kimyəvi maddə daşıyan sistern aşıb, ölənlər var
Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi (FOTO)
Ramiz Mehdiyevin adı "Meydan hərəkatçısı" kimi çəkilir
Altay maralları Azərbaycanda: onları kim və hansı məqsədlə gətirib...
Cəlilin yazısı: "Yalana sığınıb yaşayanlar.."
ŞOK! Laçınlı sabiq məmur özünü niyə asdı?
Ziya Bünyadovun oğlu dünyasını dəyişdi
"Yuventus" mövsümdə ilk məğlubiyyətini alıb
ABŞ-dan Rusiyaya ağır ittiham: “PUA-mızı onlar vurub…”
Bu gün SAT imtahanı keçirilir
Tiflisdə YDM-də yanğın olub, xəsarət alanlar var
Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ
AÇIQLAMA GƏLDİ! Polis Gəncədə DSMF-nin qayda pozan xidməti maşını barədə tədbir görüb
"Gündəlik Bakı" qəzetinin baş redaktoru azadlığa buraxılıb
Alman polisinin həbs etdiyi Əlövsət Əliyevdən xəbər var
Etibar Məmmədovdan AÇIQLAMA - Seçkilərə qatılmayacaq
Yevda Abramov kimdir? - DOSYE
Fazil Məmmədovun gedişinin 2 ili - vergi sistemində nələr dəyişdi
BU HİYLƏ ADAMLAR, YALTAQ ADAMLAR…
Cavid Qurbanovun adı dələduzluqda hallandı - ŞİKAYƏT VAR
DEPUTAT YEVDA ABRAMOV VƏFAT ETDİ
Putin yenə alman dilində danışdı
Azərbaycan ziyalılarının həyatı Suriya qaçqınlarından dəyərsiz oldu?
Ərdoğan Avropanın ilk eko-məscidinin açılışında iştirak edib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.31760] initstartout [0.00018] initstartin [0.00072] calstart [0.00920] calend [0.00052] topnewsend [0.00511] rsssend [0.00000] ehgend [0.00615] tagsstart [0.00065] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.29504]