Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:42 - 19.10.2019  
5 manatlıq dərman niyə 5 dəfə baha satılır? Dərman mafiyası ilə bağlı ŞOK ARAŞDIRMA
Tarix: 22-09-2019, 12:13 | Bölmə: Xəbərlər » Kriminal

5 manatlıq dərman niyə 5 dəfə baha satılır? Dərman mafiyası ilə bağlı ŞOK ARAŞDIRMAEyni tərkibdə, eyni miqdarda dərmanların qiyməti niyə kəskin fərqlənir?
Dərmanları Tarif Şurasının standartlarına salmamaq üçün hansı cinayətlərə əl atılır?
Dərmanları BAD adı ilə ölkəyə gətirmək və bazara çıxarmaq üçün hansı qurumlar əlbir işləyir?
Bu cinayət şəbəkəsində həkimlər hansı məqamı tutur və onlar niyə pasiyentə məhz bahalı vitaminlər yazır?
Son illər ölkədə istər uşaq, istər böyüklərdə D vitamin çatışmazlığı diaqnozu çox qoyulur. Xüsusən yenidoğulmuş dövrdən müəyyən yaşa kimi körpələrə mütləq bu vitamin təyin edilir.
D vitamini apteklərdə ən çox tələb olunan preparatdır və qiymətləri də kifayət qədər yüksəkdir. Bu gün dərman bazarında 3.60 manatdan başlayaraq,78 manata qədər qiyməti olan D vitaminləri görmək olar. Bir çox xəstələr vitaminlərin baha olmasından şikayətlənirlər. Uşaqlar üçün vacib olan bu preparatlar daha bahalıdır.
Medicina.az-ın əməkdaşının dərman bazarında D vitaminləri ilə bağlı apardığı araşdırmada maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, eyni istehsal ölkəsi, eyni tərkib, hətta eyni dozada olan D vitaminlərinin qiyməti kəskin fərqlənir. Preparatlardan bir-ikisi 3.60-4 manata, əksəriyyəti isə 30-78 manatadır.

Bəs bu qiymətlər necə təyin olunur?

BAD, yoxsa dərman?
Məlum olub ki, D vitaminlərinin əksəriyyəti ölkəyə bioloji aktiv qida əlavəsi, yəni BAD kimi idxal olunub, qeydiyyata alınır.
Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli, 1681 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə əsasən bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirildiyindən D vitaminləri də qida əlavəsi kimi bu agentlik tərəfindən qeydiyyatdan keçirilir.
Preparat BAD kimi satışa çıxarılırsa, onun qiymətini şirkət özü tənzimləyir və istədiyi qiymətə satmaq imkanı qazanır.
Lakin ilkin olaraq preparatın qida əlavəsi və ya dərman preparatı olması rəyini Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat mərkəzi müəyyənləşdirib verir.
Əslində, qanunun şərtlərinə görə, bu gün 80% D vitamin preparatları aşağı qiymətə olmalıdır. Bir şərtlə ki, preparat qida əlavəsi kimi yox, dərman kimi qeydə alınsın.
D vitamini hansı halda dərman, hansı halda bioloji fəal qida əlavəsi hesab olunur?
Yeni tələblərə görə, günlük dozası bir damcıda 1000 UE –ni keçən istənilən D vitamini artıq dərman kimi rəy almalı və Tarif Şurasının təyin etdiyi qiymətlərlə satışa verilməlidir. Göründüyü kimi, Tarif Şurasının siyahısına düşən D vitaminlərinin qiyməti çox ucuzdur. Nə şirkət, nə apteklər bu qiymətdən baha sata bilməz.
Amma hazırda bazarda 15.000-50.000 EU dozalı D vitaminləri var ki, bioloji qida əlavəsi kimi qeydə alınaraq, yüksək qiymətlə satışa çıxarılıb.
Medicina.az-ın uzun illərdir Azərbaycanda dərman və qida əlavələri idxalı ilə məşğul olan bir neçə şirkət və firmalardan əldə etdiyi məlumata görə, D vitamini ilə bağlı bu problem bir müddətdir var və səbəbi sual altındadır.
Belə ki, bir iki şirkətin gətirdiyi, əvvəllər qida əlavəsi kimi qeydə alınan D vitaminləri yeni tələblərə əsasən 1000EU – vahid dozanı keçdiyi üçün dərman kimi qeydə alınıb və bu preparatlar Tarif Şurasının qiymət cədvəlinə uyğun olaraq 3-5 manat arası qiymətə satılır. Amma eyni dozada olmasına baxmayaraq, digər preparatlara bu qanun nədənsə şamil olunmayıb. Bu isə şirkətlər arasında və bazarda rəqabət mühitini məhv etməkdədir.
Bəs kifayət qədər tələbat olan D vitamininin baha satılmasında kimlər maraqlıdır?
Əlbəttə ki, qiyməti 16-29 manat arası olan D vitaminindən ilk növbədə şirkət kifayət qədər yaxşı qazana bilir, çünki qiyməti özü tənzimləyir. İkincisi, bahalı D vitaminini xəstənin reseptinə yazmaqda həkimlər maraqlı olur. 27 manatdan yuxarı hər D vitamini üçün həkimlər azı 10 manat faiz əldə edir.
Tarif Şurasının təyin etdiyi qiymətə dərmanları isə xəstəyə yazmaqda həkimin maddi marağı yoxdur.
Digər tərəfdən pasiyent "bahadırsa, deməli yaxşıdır” prinsipi ilə ucuz dərmana şübhə ilə yanaşır.
Fotolarda apteklərdə satışda olan müxtəlif adda D vitaminləridir. Qiymət fərqləri üzərlərində görülür. Məqsədimiz hər hansı dərmanın reklamı, təbliği deyil. Ən çox bahalılar satılır.
5 manatlıq dərman niyə 5 dəfə baha satılır? – Dərman mafiyası ilə bağlı ŞOK ARAŞDIRMA

Apteklərə ünvanladığımız "bu vitaminlərdən ən çox hansının adı reseptlərdə çox qeyd edilir, ən çox hansı satılır” sualının cavabı da gözlənilən idi: "BAD kimi qeydiyyatdan keçən preparatlar çox satılır”.
Mövzu ilə bağlı D vitamini təyin edən bir neçə həkimlərdən aldığımız açıqlamada bildirdilər ki, həqiqətən, yeni qaydalara əsasən D vitaminin günlük dozası bir damcıda 1000EU keçərsə, artıq dərman vasitəsi kimi qeydə alınmalıdır və təbii ki, qiyməti ucuz olmalıdır.
Beləliklə, təkcə bir vitaminin satışında azad rəqabətlilik prinsipi pozulur, həkimlərin maddi maraqları önə çəkilir, daha bahalı dərman təklif edən şirkətlərlə sövdələşməyə gedilir.
Problem o həddə çatıb ki, artıq Türkiyə zavodları da bu ayrı-seçkilikdən xəbərdar olub, etiraz məktubu hazırlayır: "Qanun və tələblər bütün zavod və şirkətlərə bərabər şamil olunmalıdır”.
Ölkəyə gətirilən bütün preparatlara rəyi Səhiyyə Nazirliyi nəzdində İnnovasiya Mərkəzinin verdiyini nəzərə alaraq, mövzu ilə bağlı ünvanladığmız suallarımıza Nazirlikdən və şöbədən hələ ki, rəsmi cavab ala bilməmişik. Aidiyyatlı şöbələrlə hər hansı telefon əlaqə cəhdlərimiz də nəticəsiz qalıb.
Apteklərdə istər qida əlavəsi, istərsə də dərman kimi satılan D vitaminlərinin əslində, eyni tərkib və dozada olduğunu nəzərə alıb, pasiyentlərə onu məsləhət görə bilərik ki, bu müəmmalı məsələ aydınlaşana kimi müraciət etdikləri həkimdən münasib qiymətə D vitamini yazmasını tələb etsinlər.
5 manatlıq dərman niyə 5 dəfə baha satılır? – Dərman mafiyası ilə bağlı ŞOK ARAŞDIRMA
5 manatlıq dərman niyə 5 dəfə baha satılır? – Dərman mafiyası ilə bağlı ŞOK ARAŞDIRMA
5 manatlıq dərman niyə 5 dəfə baha satılır? – Dərman mafiyası ilə bağlı ŞOK ARAŞDIRMA
Xəbər 3213 dəfə oxunub






Oxşar xəbərlər

“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL
GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI
Leyla Əliyevanın 18 Oktyabr hədiyyəsi – VİDEO
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
“Yol Polisinə dəstək” qrupları yaradıldı
ADAU-nun rektoru Belarusdadır
Tramp: "İŞİD tam nəzarət altındadır"
Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq...
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - Rəsmi
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.40317] initstartout [0.00027] initstartin [0.00146] calstart [0.01812] calend [0.00086] topnewsend [0.00708] rsssend [0.00000] ehgend [0.01182] tagsstart [0.00092] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.36259]