Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

21:55 - 19.10.2019  
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Tarix: 19-09-2019, 13:57 | Bölmə: Xəbərlər » Kriminal

Xəbər verdiyimiz kimi, bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovanın məhkəməsi keçirilib.

Elinanı kimlər şantaj edirmiş? - MəhkəmədənDemokratik.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmədə E.Hacıyevanın anası Sevil Hüseynova sərbəst ifadə verərək deyib ki, qızını 162 saylı məktəbə qoyandan 2-3 ay sonra problemlər yaranmağa başlayıb:

"Uşaqlar ona lağ edirdilər, onu istəmirdilər, pis sözlər deyirdilər. Belə hallarla bağlı bir neçə dəfə direktorla görüşüb şikayət etmişdim. Yeddinci sinifdə oxuyanda bir gün Elina evə tez gəldi. Dedim nə olub, dedi ki, Diana ilə dalaşandan sonra direktor onu məktəbdən çıxarıb. Anamla bacım buna görə məktəbə getdilər. Direktor da onların üstünə qışqırmışdı. Bir də Elinanın sinif yoldaşı T-dən  (oğlan), (yetkinlik yaşına çatmadığı üçün adı açıqlanmır) şikayət etmişdik, o, qızımı incidirdi. Elina Z. (qız) ilə dost idi, T. ilə də yaxın idi. Sonra Z. T.-yə görə Elina haqda şayiələr yaymağa başladı. Hamıya deyib ki, "Elina lezbiyandır, tərbiyəsizdir, onunla heç kim danışmasın”.

Bir dəfə Elinanın boğazında kəsik izi görüb nə olduğunu soruşdum. Dedi Diana ilə zarafatlaşanda divarda mismara dəyib. Sonuncu hadisə günü isə mən məktəbə çatanda artıq Elinanı xəstəxanaya aparmışdılar. Həmin gün onu görə bilmədim, yanına buraxmadılar. Səhəri gün 1 dəqiqəlik icazə verdilər, onda da artıq Elinanın vəziyyəti kritik idi, əlini tutdum, amma heç nə hiss eləmirdi, reaksiya vermədi. Mən içəri girəndə sinif rəhbəri və sinif yoldaşının anası orada idi. Onları buraxmışdılar, amma məni yox”.

S.Hüseynova deyib ki, əvvəlki şikayətlər zamanı direktor şagirdi və valideynini çağırıb, onlar da üzr istəyib, barışıblar: "Bir dəfə Elina məktəbə gedəndə A.-dan xoşu gələn oğlan Elinaya baxıb. Buna görə A. Elinanın başına su tökmüşdü, o isə heç nə deməmişdi. Əvəzində Diana A. ilə mübahisə etmişdi. Bu dəfə A.-nın valideyni Dianadan şikayətçi olmuşdu, Elinadan isə yox. Amma direktor bu hadisəyə görə Elinanı məktəbdən qovmuşdu.

Hadisə günü mənə zəng edib dedilər ki, Elina yıxılıb, amma həkimlər baxıblar, yaxşıdır. Xəstəxanada isə həkimlər mənə heç nə demədilər. Orada Xalidə Bayramovanı gördüm, o dedi ki, heç nəyi yoxdur, Elina yaxşıdır. Aprelin 5-də bizə demişdilər ki, aprelin 6-da Elinanı palataya köçürəcəklər.

Sevinc Abbasova bizə demişdi ki, "günahım var, peşmanam, amma günah təkcə məndə deyil”.  

S.Abbasovanın vəkili Sadiq Bağırov S.Hüseynovaya deyib ki, E.Hacıyeva məktəbə saçı boyanmış, geyimi uyğun olmayan formada və makiyajlı gedib-gəlirmiş. Vəkil soruşub ki, niyə qızının bu hərəkətlərinin qarşısını almayıb.

S. Hüseynova bildirib ki, E.Hacıyevanın sinfində və başqa siniflərdə saçı o formada rənglənən qızlar çox olub: "Saçına görə heç vaxt Elinaya irad tutulmayıb, məktəbin vahid geyim forması olmayıb, digər şagirdlər də onun kimi geyinib. Yayılan videolarda isə Elina olmayıb, o hər gün dərsdən çıxıb birbaşa evə gəlib. Bir dəfə Elinanın hamamda köynəyinin düymələri açıq formada şəkli var idi. Deyəsən o həmin şəkli Z.-yə göndərmişdi, o qız da oğlanlara ötürmüşdü. Bu şəklə görə T.-nin xalası oğlu Murad Elinanı şantaj edirdi. Elinanın xiyarla olan şəklini də telefonunda görmüşdüm, R. ona şəkli atıb deyirdi ki, videonu da göndərim? Mən Elinadan bunun nə olduğunu soruşdum, dedi ki, R. həmin videonu silib. Elina özünə qapalı uşaq idi, döyüş filmlərinə baxırdı, otağına keçib "suisid”lə bağlı kinolara baxırdı. Bəzən də bir yerdə baxırdıq. O, tez əsəbiləşirdi, bir söz deyəndə ehtiyatla demək lazım idi”.

Vəkil S.Bağırov deyib ki, Elina gündəliyində yazıb ki, ailəsi, anası onunla maraqlanmır.

S.Hüseynova gündəlikdə belə bir şey görmədiyini deyib: "İstintaqda gündəliyin bəzi səhifələri cırılmışdı”.

Direktor Sevinc Abbasova bildirib ki, E.Hacıyeva Z.-nin münasibəti olduğu T. və "Mişa” ləqəbli Didkov Muradla birlikdə əyləniblər.

Sonra Murad Elinanı şantaj edib və bu barədə polisə müraciət olunub. Direktor soruşub ki, həmin zaman məktəb rəhbərliyinin bu hadisədən xəbəri olubmu?

S.Hüseynova isə direktora bu barədə heç nə demədiyini bildirib.

S.Abbasovanın vəkili Sadiq Bağırov növbəti sualı verib: "Mişa” ləqəbli Murad Didkov Elinanı hamamdakı şəklini yayacağı ilə şantaj edərək, onun üçün minet etməsini tələb edib. Siz belə bir ağır hadisədən sonra onu niyə bağışladınız?”

Müdafiə tərəfinin etirazından sonra hakim sualı çıxarıb. S.Abbasova deyib ki, həmin Murad Didkov onların məktəbində oxumayıb: "Muradın 18 yaşı var idi, T.nin xalası oğludur. Onun bizə heç bir aidiyyatı yox idi”.

S.Hüseynova bildirib ki, bu hadisədən öncə də Elina bir dəfə məktəbdə özünü atmaq istəyib, lakin Diana buna mane olub: ""Astral”dakı hadisədə də, Elina boğazını kəsəndə də, direktor heç bir quruma məlumat verməyib”.

E.Hacıyevanın nənəsi Solmaz Əsgərova ifadəsində deyib ki, nəvəsini incitdikləri barədə dəfələrlə direktora şikayət etsə də, heç bir tədbir görməyib: "Sonuncu dəfə dedi ki, çıx get, bir də mənim məktəbimə gəlmə. Elinanın sənədlərini götürüb, üstümə atdı. Elina 6-cı sinifdə oxuyanda məktəbin psixoloqunun nəvəsi Fərrux sinifdə hamının qarşısında Elinanı öpmüşdü, onu çox incidirdi. Direktora şikayət etdim, dedi Fərruxun nənəsi təzəlikcə ölüb, ona bir söz deyə bilmərəm. A.-nın istədiyi oğlan Elinaya baxmışdı deyə onun başına su tökmüşdü. Bunu şikayət etdim, dedi o qızın şəkli şərəf lövhəsində var, mən ona bir söz deyə bilmərəm”.

S.Abbasova deyib ki, həmin məsələlərlə bağlı protokollar var və bu işləri tərbiyə işləri üzrə müavinə tapşırıb: "Suallarınızı müavinimə verərsiniz. Bizdə qovulmaq məsələsi yoxdur, sənədləri də nənəsinin üstünə atmamışam”

Xəbər 3772 dəfə oxunub






Oxşar xəbərlər

"60 nəfər saxlanıldı" - Rəsmi açıqlama
"Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var" - BŞBPİ-dən Açıqlama
“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL
GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI
Leyla Əliyevanın 18 Oktyabr hədiyyəsi – VİDEO
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
“Yol Polisinə dəstək” qrupları yaradıldı
ADAU-nun rektoru Belarusdadır
Tramp: "İŞİD tam nəzarət altındadır"
Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq...
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - Rəsmi
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.49090] initstartout [0.00027] initstartin [0.00141] calstart [0.02580] calend [0.00098] topnewsend [0.00848] rsssend [0.00000] ehgend [0.02167] tagsstart [0.00114] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.43108]