Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:04 - 14.11.2019  
Sabiq məhkəmə sədrinin qatili Arif Əsgərovun qudasıdır
Tarix: 13-09-2019, 12:57 | Bölmə: Xəbərlər » Kriminal

Tovuz rayon məhkəməsinin sabiq sədri Firudin Ələkbərlini odlu silahdan acdığı atəşlə qətlə yetirən Əli Şəmiyev bir neçə məmurla yaxın qohumdur. Bu haqda Müsavat.com-a daxil olan məlumatda bildirilir ki, Əli Şəmiyev sabiq nəqliyyat naziri Ziya Məmmədovun müavini Arif Əsgərovun qudasıdır. O, vaxtilə Tovuzda nəqliyyat idarələrində rəis vəzifələrində çalışıb. Rusiyada yaşayan Əli Şəmiyev Tovuzun dağ kəndlərindən birində kəndi su ilə təmin edən bulağı həyətinə yönləndirib və orada özünə göl düzəldibmiş. Yerli sakinlərin dövlət qurumlarına şikayətlərini də eşidən olmayıb.

Sabiq məhkəmə sədrinin qatili Arif Əsgərovun qudasıdırQətldən sonra Firudin Ələkbərli haqda yayılan məlumatlarda onun hakimliyinə vaxtından əvvəl xitam verilməsi qeyd olunur.
Vəkil Osman Kazımov Müsavat.com-a deyib ki, 1995-ci ildə Firudin Ələkbərli sifariş icra etmədiyinə görə onu qanunsuz olaraq vəzifəsindən kənarlaşdırıblar. Vəkilin sözlərinə görə, Firudin Ələkbərli ilə 1984-89-cu illərdə Bakı Dövlət Universitetində birgə təhsil alıblar. O, Firudin Ələkbərlinin fəaliyyətinə xitam verilməsi ilə bağlı bunları deyib: "Tələbəlik illərində yataqxanada bir otaqda qalmışıq. Xalq hərəkatı başlayandan Firudin hərəkatda idi. Firudin prinsipial, vicdanlı, cəsarətli insan idi. Xalq Cəbhəsi hakimiyyəti dövründə Tovuz Rayon Məhkəməsinin sədri olmuşdu. Hakimiyyət dəyişikliyindən sonra ona verilən sifarişi icra etmədiyinə görə, işdən qanunsuzluqlar üstündə qovulmuş birini işinə bərpa etmədiyi üçün özünü qanunsuz olaraq vəzifəsindən kənarlaşdırdılar. Bundan sonra nümayəndə kimi fəaliyyət göstərirdi”.
Musavat.com bildirir ki, Firudin Ələkbərli milli azadlıq hərəkatının fəal üzvlərindən, Azərbaycan Xalq Cəbhəsinin Tovuz rayon şöbəsinin qurucu rəhbərlərindən biri olub. Hər zaman ictimai-siyasi fəallığı ilə seçilib, son vaxtlar "Azərifridom” kanalında müxtəlif ifşaedici materiallarla çıxış edib.
***
"Report"un qərb mərkəzinin əldə etdiyi məlumata görə, Firudin Ələkbərli və Əli Şəmiyev arasında mübahisə rayon ərazisində fəaliyyət göstərən, Ə.Şəmiyevə məxsus restoranda natəmizliyin olması və restoranın çirkab sularının çaya axıdılmasına qarşı F.Ələkbərlinin sərt münasibət göstərməsi olub.

Belə ki, F.Ələkbərli dəfələrlə restorandakı vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarına və adiyyəti idarələrə şikayət məktubu ünvanlayıb. Bundan başqa, F.Ələkbərli restorandakı vəziyyətlə bağlı Ə.Şəmiyev barəsində Tovuz Rayon Məhkəməsinə də müraciət edib. Məhkəmədə keçirilən prosses zamanı hakim Ə.Şəmiyevin xeyirinə qərar çıxarıb. Bundan sonra sonra tərəflər arasında münasibətlər daha da gərginləşməyə başlayıb və onlar bir neçə dəfə mübahisə ediblər. Sonuncu görüş zamanı tərəflər yenidən mübahisə ediblər. Hadisə şahidləri "Report"un yerli bürosuna bildiriblər ki, Ə.Şəmiyev F.Ələkbərlidən bir daha onun barəsində şikayət etməməyi tələb edib. F.Ələkbərli isə ölənə qədər ondan əl çəkməyəcəyini deyib. Bu zaman Ə.Şəmiyev üstündə gəzdirdiyi "TT" markalı tapança ilə F.Ələkbərliyə tərəf bir neçə dəfə atəş açıb. Güllələrdən 3-ü ona dəyib. Ağır xəsarət alan F.Ələkbərli xəstəxanada ölüb.

Qeyd edək ki, Əli Şəmiyev rayonda tanınmış iş adamıdır. Onun rayon ərazisində restoran, otel və bir neçə biznes obyektlərinin olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər 805 dəfə oxunub






Oxşar xəbərlər

Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı
Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi
"Azeri Light" nefti bahalaşıb
“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olundu
Nəcməddin Sadıkovu da istefaya çağırdılar - 26 ildir ki...
"Qanunları tapdalayan Cavid Qurbanovdur, yoxsa onun işçiləri?" - VİDEO
İlham Əliyevin təşəbbüsü ilə bu qanunlar dəyişdirilir – Siyahı
İraq kəşfiyyatı iki İŞİD liderini saxlayıb
ADAU-nun "itkin düşmüş" avtobusu tapıldı - Fotolar
MTRŞ ANS ÇM-in tezliyini müsabiqəyə çıxarıb – Vahid Mustafayevin sözçüsündən REAKSİYA
Mehman Hüseynov da bələdiyyə sədri olmaq istəyir
Məşhur milyarder Göyçaya gəldi (FOTO)
Azərbaycan müharibəyə hazırlaşır?
Səfir: “Fransa və Azərbaycanın strateji maraqları üst-üstə düşür"
Qazaxda raket tapılıb
Ümumdünya Şahmat Olimpiadası Naxçıvanda keçirilə bilər
ABŞ Paşinyana əvəz axtarır
"Alışanov üçün 100 min “semiçka puludur"" - Qulu Məhərrəmli

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28979] initstartout [0.00025] initstartin [0.00121] calstart [0.01294] calend [0.00072] topnewsend [0.00511] rsssend [0.00000] ehgend [0.00913] tagsstart [0.00100] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.25938]