Vilayət Eyvazovdan iki mühüm təyinat

  • 06 sen 2019, 10:06
Daxili İşlər orqanlarında növbəti təyinatlar olub.

Demokratik.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Yunis Ələsgərov Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin rəisi təyin olunub. Y.Ələsgərov bundan əvvəl həmin bölmənin rəis müavini olub.
Nazirin digər əmrinə əsasən, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə rəis təyin edilib. Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı İltimaz Yusifli bu vəzifəyə təyinat alıb.
Bakı Şəhər Baş Polis İdarəsindən təyinatları saytımıza təsdiq ediblər.
 
Demokratik.Az
Oxşar xəbərlər