Bakıda tanınmış Türkiyə şirkətini taladılar

  • 06 sen 2019, 01:23

Bakıda şirkətdən külli miqdarda oğurluq edilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti ev 1, mənzil 46-da baş verib.

Həmin ünvanda fəaliyyət göstərən "İnterpazarlama" Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru İsmayıl Bülbül polisə müraciət edərək bildirib ki, Lənkəran rayonu, Göyşaban kənd sakini, MMC-nin cənub bölgəsi üzrə satış təmsilçisi işləmiş Cavadov Elvin Əlişan oğlu şirkətin 72 min 922 manatını qanunsuz olaraq ələ keçirib.

Faktla bağlı cinayət işi başlanıb.

Oxşar xəbərlər