Demokratik TV
Xəbər lenti
HƏYƏTİNDƏ ÇƏTƏNƏ BECƏRİRDİ - TUTULDU
- 02 sen 2019, 18:20
DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Bölməsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək
götürülüb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Demokratik.Az"-a verilən məlumata görə, Xaçmaz Xətt Polis Bölməsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Ləcət kənd sakini, əvvəllər məhkum olunmuş Vilayət Həsənov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən oradan yaş çəkisi 7 kiloqram 965 qram təşkil edən çətənə kolları aşkar olunub. Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.
Dindirilmə zamanı Vilayət Həsənov çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
Balakən sakinindən silah və narkotik aşkar edildi
DİN: 79 kq narkotik vasitə aşkarlanıb
Yabanı çətənə kolları aşkar edilərək yandırılıb
Vətəndaşlardan narkotik və silah aşkarlanıb
Narkotik alverçisi saxlanıldı
Qəbiristanlıqda çətənə becərən şəxs tutuldu
Oğuzda narkotik becərən 2 dost saxlanılıb
Bərdədə narkoplantasiya aşkar edildi (FOTOLAR)
İsmayıllıda narkotik satan şəxslər saxlanılıb
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti