Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:18 - 18.09.2019  
Cahangir Hacıyev intihara əl atıbmı - Açıqlama
Tarix: 31-08-2019, 10:50 | Bölmə: Xəbərlər » Kriminal

Aqil Layıc: "Bu tipli məlumatlar reallığı əks etdirmir”

Cahangir Hacıyev intihara əl atıbmı - AçıqlamaHəbsxananın qapıları giriş üçün həmişə açıqdır. Sadə ölümlülər bu məkana - "üstü açıq qəbiristanlıq”, "insan anbarı”na ömrünü dəbdəbə içində keçirənlərdən daha tez alışırlar. Alışma prosesi o qədər də çətin olmur. Hər halda, yolu "zon”a düşmüşlər belə deyir.

Bir neçə ay əvvəl azadlığa çıxan jurnalist Fikrət Fərəməzoğlu həbsxana gündəliyindən maraqlı məlumat paylaşıb. O, Cahangir Hacıyevin türmədə özünə xəsarət yetirmək istəməsindən yazıb: "3 avqust 2016-cı ildə məni Kürdəxanı təcridxanasına gətirəndən bir gün sonra (karantin müddəti) 3-cü korpusun 3-cü mərtəbəsinə, 69-cu kameraya yerləşdirdilər. Mən ora gəlməmişdən bir gün qabaq Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyevin qaldığı yeri dəyişmişdilər. Məhkəməsi bitdiyindən onu çoxnəfərlik kameraya aparmışdılar. Deyilənlərə görə, özü belə istəyib. Səbəbi aşağıda qeyd edilib. Kamera yoldaşlarım, digər kameradan olanlar deyirdilər ki, Cahangir Hacıyev əvvəlcə təknəfərlik kamerada saxlanılıb. Sonradan onun yanına bir nəfər yerləşdirilib. Həmin şəxs də kasıb adam olub və onun qulluğunda dayanıb. İnsafən, Cahangir də ona pis baxmayıb. Lakin məhkəməsi bitdikdən sonra çoxnəfərlik kameraya keçirilib. Deyib ki, ikinəfərlik kamerada qalmaqdan bezib. 10 nəfərlik bir kameraya keçirilməsini istəyib, əks təqdirdə, özünə xəsarət yetirəcəyini söyləyib. Bundan ehtiyat edən istintaq təcridxanasının rəhbərliyi də onu 10 nəfərdən ibarət olan kameraya yerləşdirib”.

Jurnalist yazıb ki, məhkəmə prosesləri tam bitdikdən sonra Cahangir Hacıyevi 13-cü zona göndəriblər. Sabiq bankir Penitensiar Xidmətin rəhbərliyi ilə 10-cu zona getmək üçün uzun müddət danışıq aparsa da, faydası olmayıb.

15 il azadlıqdan məhrum edilən Cahangir Hacıyev ölkənin ən zəngin şəxslərindən biridir. Olduqca zəngin həyat tərzi keçirməsinə dəlalət edən faktlar da hələ azadlıqda ikən mətbuat səhifələrinə çıxmışdı.

C.Hacıyevin vəkili Aqil Layıc jurnalistin onun müştərisi haqda xatirələrinə münasibətini açıqlayıb.

C.Hacıyev mətbuatda haqqında yazılan iddialara etiraz edib. Vəkil Aqil Layıc "BBC News Azərbaycana” deyib ki, C.Hacıyevlə iddiaları rədd edərək "cəfəngiyat” adlandırıb.

"Mətbuatda məlumat yayılıb ki, guya Cahangir Hacıyev özünə xəsarət edəcək, buna cəhd edib və ya kiməsə vəd verib. Bu tipli məlumatlar ancaq qulaqdan dolma məlumatlardır və reallığı əks etdirmir”.

Aqil Layıc deyir ki, müvəkkili "məhrumiyyətə məruz qalıb” və sual edir ki, "bu halda olan insan necə pul qarşılığında imtiyaz əldə edə bilər?”

"Nəinki imtiyazlı danışıq vaxtı, axı Cahangir Hacıyevin telefonla danışıq hüququ ümumiyyətlə əlindən alınıb. O, bu günədək ailə üzvləri ilə nə telefonla danışa, nə də görüşə bilir. Azərbaycanda bu günədək həbs olunan heç kəsə bu qədər məhdudiyyət qoyulmayıb. İstər siyasi məhbuslar, istər keçmiş dövlət məmurları, istərsə də bank sədrləri, heç kimə qarşı bu dərəcədə sərt tədbirlər həyata keçirilməyib”.

Penitensiar Xidmətdən Cahangir Hacıyevə qarşı məhdudiyyətin olmadığı bildirilib. "Onun görüşlərinin və telefon danışıqlarının təmin olunması qanunvericiliyə uyğun qaydada və sayda həyata keçirilir”, - Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov söyləyib. Vəkil məhdudiyyətlərlə bağlı Penitensiar Xidmətə və məhkəməyə müraciət etdiyini, lakin onlardan "cavab ala bilmədiyini” deyir.

O, əlavə edib ki, indiyədək müxtəlif vaxtlarda Cahangir Hacıyevə şəxsi əşyaların ötürülməsində və vəkilləri ilə görüşməsində də məhdudiyyətlər qoyulub.

Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva 2018-ci ilin oktyabrında Böyük Britaniyada korrupsiyaya qarşı mübarizə qanunun, "İzahedilməyən Sərvət Sərəncamı”nın ilk hədəfi olub. Böyük Britaniya məhkəməsi Zamirə Hacıyevadan 10 il ərzində Londonun məşhur dükanı "Harrods”da xərclədiyi pulların, 16 milyon funt sterlinqin mənbəyini soruşub. O həmçinin məhkəməyə Londonun ən bahalı ərazilərindən birində evin və Berkshire qraflığında qolf klubunun hansı pulla alındığını açıqlamalıdır. Əgər pulların mənbəyini açıqlamaq mümkün olmasa, əmlakların itirilməsi riski mövcuddur.

Zamirə Hacıyeva dəfələrlə heç bir yanlış iş tutmadığını bildirib və "İzahedilməyən Sərvət Sərəncamı”nı mübahisələndirərkən deyib ki, əri bank sədri olmazdan öncə, uğurlu biznesləri sayəsində müstəqil var-dövlət qazanmış qanuni iş adamı olub. Zamirə Hacıyevanın vəkilləri Ali Məhkəməyə deyiblər ki, o və əri kütləvi ədalətsizlikdən əziyyət çəkiblər. 2018-ci ilin noyabr ayında Zamirə Hacıyeva Azərbaycan hakimiyyətin onun Bakıya ekstradisiyası barədə xahişi ilə bağlı olaraq həbs olunub. 2 gün sonra o, 500 min funt sterlinq qarşılığında zəmanətə buraxılıb və onun evinə elektron etiketləmə cihazı da qoyulub.

Xəbər 412 dəfə oxunub






Oxşar xəbərlər

Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli
Nazilə əri ilə şəklini paylaşdı - müzakirəyə səbəb oldu
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
101 il öncə - Bugün Bakının azad olunduğu gündür
Rəşid Behbudovun sirli ölümü: “Məni aradan götürəcəklər” - TARİX
İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib
Mehriban Əliyeva Şamaxı Cümə məscidində - FOTOLAR
Güləşçimiz dünya çempionatında finala çıxıb
Evlərin qiymətində bahalaşma davam edir
Kürd siyasətçi: "PKK böyük qırğınlar törədə bilər"
Azərbaycan Qarabağla bağlı diplomatik hücuma keçdi
Baş Prokurorluqdan Firudin Ələkbərli ilə bağlı açıqlama
Gələn il dövlət büdcəmiz nə qədər olacaq ? - RƏSMİ
Mingəçevir su anbarı və onun təhlükəsizliyi - ANALİZ
“Sami Yusif mahnıya bəsit yanaşıb" - Analiz
Adam oğurlayaraq işgəncə verən idmançımız barədə FAKTLAR
Putin Dağıstan səfərində müsəlmanlarla araq içdi – “İmamların 3-də…” -VİDEO
AİLƏSİ ONU AXTARIR

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.32834] initstartout [0.00018] initstartin [0.00069] calstart [0.00956] calend [0.00050] topnewsend [0.00500] rsssend [0.00000] ehgend [0.02767] tagsstart [0.00125] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.28343]